İtaliyada fövqəladə vəziyyət
Torpaq sürüşməsi nəticəsində 7 nəfər ölüb, 5 itkin var
XALİDƏ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
Böyük «oyun»da Avropa gedişi
Bakı üçün kritik həftə - Brüssellə münasibətlərdə əlamətdar tarix; ABŞ-ın «Kreml siyahısı» Bakıya əlavə fürsətlər açır
-
TAP-ın 60 faizi hazırdır
Boru kəməri keçən torpaq sahələrinin yarısı bərpa olunub
-
Almaniya TAP-a qarşı
Ekspertlər bu qərarın layihənin icrasına təsirinin olmayacağını deyirlər
-
İtaliyanın turistik bölgəsində güclü yağış nəticəsində baş verən sürüşmə nəticəsində 7 nəfərin öldüyü, 5 nəfərin itkin düşdüyü bildirilir.
İtaliyanın Neapol şəhəri yaxınlığındakı İskia adasında həyatını itirənlərin cütlük və onların 3 həftəlik körpəsi, 5 və 11 yaşlı uşaqları, ilə yanaşı 31 yaşlı ada sakini və 1 bolqar turist olduğu müəyyən edilib.
Rayonda elektrik enerjisinin kəsildiyi, onlarla evin su altında qaldığı, avtomobillərin torpaqla birlikdə sürükləndiyi vurğulanır. Bir neçə binanın uçduğu Lakko Ameno şəhərində 30-a yaxın ailə evlərində sıxışıb qalıb. İnsanların palçıqda qalması barədə xəbərdarlıq edən daxili işlər naziri Matteo Piantedosi vəziyyətin “çox ciddi” olduğunu bildirib.
Bölgədə fövqəladə vəziyyət elan edilərkən, 200 nəfərlik xilasetmə qrupu tərəfindən itkin düşən 5 nəfərin axtarışları davam edir. Axtarış-xilasetmə işlərinə könüllülərin də dəstək verdiyi bildirilib. İsti su mənbələri ilə tanınan, turistlər tərəfindən sevilən və 20 min əhalisi olan İskiya adasına bərə səfərləri də təbii fəlakət səbəbindən dayandırılıb.