vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
AMERİKA  
09:52 | 29 noyabr 2022 | Çərşənbə axşamı Məqaləyə 616 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Meksika qarışdı

Narko baronun həbsi iğtişaşlara səbəb oldu, şəhərə ordu yeridildi

XALİDƏ

Meksikanın Tamaulipas əyalətinin Nuevo Laredo şəhərində səhər saatlarında narko kartel üzvləri ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

ABŞ-ın Texas ştatının sərhədində yerləşən şəhərdə cinayətkarlar bir çox avtomobili yandıraraq, yollardakı hərəkəti bağlayıb. Şəhərin bir çox yerində baş verən qarşıdurmalar insanlarda panika yaradıb. Yerli hökumət təhlükəsizlik səbəbilə məktəblərin bağlandığını və ictimai nəqliyyat xidmətinin dayandırıldığını açıqlayıb. ABŞ-ın şəhərdəki konsulluğu isə təhlükəsizlik problemi səbəbilə bütün xidmətlərin dayandırıldığını, görüşlərin ləğv edildiyini açıqlayıb və işçilərini təhlükəsiz yerə sığınmağa çağırıb.

Meksika prezidenti Andres Manuel Lopez Obrador verdiyi açıqlamada hücumların şəhərdə fəaliyyət göstərən bir kartel liderinin həbsi səbəbindən baş verdiyini və ələ keçirilən liderin şəhərdə baş verən bir çox zorakılıq hadisələrinə görə məsuliyyət daşıdığını bildirib.

Rəsmilər 2 saatdan çox davam edən qarşıdurmalardan sonra Meksika ordusunun dəstəyi ilə Nuevo Laredo şəhərində təhlükəsizliyin bərpa olunduğunu bildirib. Qarşıdurmalarda ölən və ya yaralılarla bağlı rəsmi açıqlama verilməsə də, “Komandante Neqrolo” kimi tanınan narko-baronun paytaxt Mexikoya aparıldığı bildirilib.