Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:25 | 29 noyabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 1081 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Kremlə gözlənilməz zərbə
Çinin paytaxtında açılan Azərbaycan Turizm Bürosu ofisinin tanıtım videosu
Azərbaycan Asiya bazarında mövqeyini gücləndirir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
... Bir təşkilatda Pekinin müttəfiqi olub, digərində rəqibi olan Yeni Dehli
Moskva niyə Pekindən istədiyini ala bilmədi? — Aleksandr Qabuyevin təhlili
Ağ Evin əməkdaşını yerə yıxıb başını yardılar, jurnalistləri tualetə buraxmadılar
Qara qızıl təchizat problemləri ilə bağlı narahatlıqları fonunda həftəni artımla başa vurmağa hazırlaşır
İllərdir davam edən danışıqlar nəticə verdi
Çin Baş naziri Donald Trampı müşayiət edən amerikalı iş adamları ilə görüşdü
ABŞ–Çin münasibətlərində “yeni səhifə” mesajları
Çin-ABŞ münasibətləri “qaçılmaz müharibə”dir yoxsa, “idarə olunmalı rəqabət”?
ABŞ prezidenti Çin səfərinə aparıcı şirkətlərinin rəhbərləri də qatılıb
Pekində dünyanın taleyini dəyişə biləcək razılaşma mümkündürmü?
Sincan-Uyğur Muxtar Bölgəsinin paytaxtı Urumçidə karantində olduğu bildirilən binada baş verən yanğın nəticəsində 10 nəfərin ölməsi etirazların artmasına səbəb olub. Çində hökumətin “sıfır COVİD-19” strategiyası və üsulları görünməmiş ictimai reaksiya yaradıb və bu böyük şəhərlərə yayılan etiraz nümayişləri ilə davam edir. 2020-ci ilin əvvəlindən başlayan strategiya sürətli əlaqə izləmə, tez-tez testdən keçirilmə, uzunmüddətli karantin və küçələrin dezinfeksiya edilməsi kimi təcrübələrdən ibarətdir.
Bazar günü Şanxay, Pekin, Çenqdu, Uhan və Quançjou kimi şəhərlərdə etiraz aksiyaları keçirilib. Üçüncü gün etirazlar daha çox şəhərə yayıldığı üçün Şanxayda yüzlərlə etirazçı ilə polis arasında toqquşma baş verib.
BBC müxbiri Edvard Lourensin Şanxaydakı toqquşmalar zamanı polis tərəfindən döyülərək saxlanıldığı bildirilir. Çin Xarici İşlər Nazirliyi sonradan azadlığa buraxılan jurnalistin həbsdə olarkən döyülməsi ilə bağlı iddiaları təkzib edib. Böyük Britaniya hökuməti də jurnalistin başına gələnləri pisləyib.
COVİD-19 epidemiyasının sıfır nöqtəsi olan Uhanda etirazçılar karantin çadırlarını və test götürülmə kabinetlərini dağıdıb.
Böyük ictimai etirazdan sonra Çin dövlət televiziyası Dünya Çempionatının yayımı zamanı maskasız azarkeşlərlə bağlı olub. BBC-nin müxbiri Stephen Makdonell, “Twitter” hesabındakı paylaşımında, Çin Mərkəzi Televiziyasında (CCTV) maskasız fanatların yaxından çəkilişlərinin efirdən çıxarıldığını və yalnız izdihamlı yerlərin göstərildiyini söyləyib.
Etirazlar böyük şəhərlərə yayıldıqca nümayişçilər ilk dəfə prezident Si Tsinpinin və hakim Kommunist Partiyasını istefaya çağırıblar. Nümayişçilər əllərində “boş ağ pankartlar” daşıyarkən, bəziləri noyabrın 24-də Urumçidə baş verən yanğında həyatını itirənlərin xatirəsini şam yandıraraq yad ediblər. Boş ağ vərəqlərin 2020-ci ildə Honq-Konqda milli təhlükəsizlik qanununa qarşı keçirilən etirazlarda da görüldüyü, bunun mənasının isə rəhbərliyin şüar və pankartlara qadağa qoyduğu vurğulandığı ifadə edildi. Fəallar deyirlər ki, boş ağ vərəqlər “deyilməyənləri təmsil edir”.
Çində son 24 saat ərzində 40 min 347 yeni yoluxma aşkar edilib. Bununla da gündəlik yoluxmaların sayı ölkədə ilk dəfə olaraq 40 minin üzərində rekord qırıb. Lakin ölkədəki etiraz nümayişləri əsnasında elan edilən məlumatların nə dərəcədə əsaslı olması ilə bağlı suallar yaranır. Çinlilər pandemiya ilə bağlı xəbərlərin şişirdildiyini düşünürlər.