Merz ağladı
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
20:25 | 6 dekabr 2022 | Çərşənbə axşamı
Məqaləyə 811 dəfə baxılıb
Şriftin ölçüsü
Almaniya kanslerinin Ukrayna haqda danışarkən səsi titrədi
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Təəssüf ki, başqa yol görünmür...
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays Rusiya ərazisinə pilotsuz təyyarələrin hücumu ilə bağlı açıqlama verib. “Biz Ukraynanın öz sərhədlərindən kənara hücum etməsini dəstəkləmirik, Ukraynanı onun hüdudlarından kənara hücuma təşviq etmirik. Bizim etdiyimiz hər şey Ukraynanın müstəqilliyini dəstəkləməkdir”, – o, deyib.
Ukraynanı suveren ərazisində Rusiyanı məğlub etmək üçün lazım olan hər şeyi təmin etdiklərini bildirən Prays ABŞ mətbuatının ABŞ-ın Rusiya ərazisini vurmasının qarşısını almaq üçün Ukraynaya göndərilən HİMARS çoxbarelli reaktiv yaylım atəş sistemlərində dəyişikliklər edilməsi ilə bağlı xəbərlərə münasibət bildirməyib. .
Ötən gün Rusiyanın Saratov vilayətindəki Engels adına hərbi hava limanında və Ryazan şəhərindəki Dyagilevo hərbi hava limanında partlayış baş verib. “Səhər saatlarında Kiyev rejimi Rusiyanın uzaqmənzilli təyyarələrini zərərsizləşdirmək üçün Ryazan vilayətinin Dyagilevo və Saratov vilayətindəki Engels hərbi aerodromlarına sovet istehsalı olan PUA-larla hücuma cəhd edib”, – deyə Rusiya Müdafiə Nazirliyi bildirib.
Nazirlik hücumlarda 3 rus əsgərinin həyatını itirdiyini, 4 əsgərin isə yaralandığını açıqlayıb.
Bu gün Rusiyanın Kursk şəhərində hava limanına hücum edilib. Kursk vilayətinin qubernatoru Roman Starovoit hava limanında yanacaq tankerinin partladığını bildirərək, “İHA-nın hücumu nəticəsində Kursk hava limanında neft yanacaq tankeri alovlandı. Can itkisi olmayıb. Yanğına müdaxilə edilib. Bütün xüsusi xidmət orqanları hadisə yerində işləyirlər”.