Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
15:08 | 14 dekabr 2022 | Çərşənbə
Məqaləyə 1491 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
HİMARS raketləri ilə Ukraynadakı cəbhə müharibəsinin taleyini dəyişən ABŞ, bu dəfə ən inkişaf etmiş hava hücumundan müdafiə sistemi olaraq xarakterizə etdiyi Patriotlarla müharibə qaydalarını yenidən yazacaq. Rusiya isə qorxu ilə gözlənilən reaksiyasını göstərdi və bu beynəlxalq xəbər agentlikləri “son dəqiqə” anonsu ilə keçdi.
Dünya ABŞ-ın Rusiyanı çılğınlığa sürükləyəcək addımını ilk dəfə “CNN İnternational”dan eşitdi. Dekabrın 13-ü axşamı ABŞ-ın Patriot planının yekunlaşdığını elan edən kanalın ardınca digər ABŞ mediası da xəbəri özətlədi.
“American Associated Press” (AP) xəbər agentliyi “ABŞ Ukrayna üçün Patriot raket batareyalarını təsdiqləməyə hazırdır” başlığı ilə xəbər yayaraq, Ukrayna rəhbərliyinin təcili ehtiyac duyulan raket sistemi tələbinin nəhayət qəbul edildiyini yazdı.
Adlarının açıqlanmasını istəməyən üç ABŞ rəsmisinə istinad edən AP, Pentaqonun Patriot qərarını 15 dekabr, cümə axşamı səhər rəsmi olaraq elan edə biləcəyini qeyd etdi.
Digər beynəlxalq xəbər agentliyi “Frans Press” (AFP) xəbər verib ki, ABŞ mediası Pentaqonun Ukraynaya Patriot raketləri göndərməyi planlaşdırdığını yazıb. AFP mediada əks olunan xəbərlərdə Co Bayden administrasiyasının Patriot qərarını bu həftə açıqlaya biləcəyi bildirib.
Adları açıqlanmayan rəsmilər görə qərar qüvvəyə minməsi üçün prezident Co Bayden və müdafiə naziri Lloyd Ostinin təsdiqi gözlənilir. Pentaqonun planı imza üçün prezident Baydenə göndərilməzdən əvvəl müdafiə naziri müdafiə naziri tərəfindən təsdiqlənməlidir.
AP-nin məlumatına görə, “Patriot” batareyaları ABŞ hərbi anbarlarından alınacaq və Ukraynaya göndəriləcək. Amma göndəriləcək batareyanın sayı hələlik bəlli deyil.
Agentlik həmçinin vurğulayıb ki, ABŞ Dövlət Departamenti və Pentaqonun dünən keçirdiyi mətbuat konfranslarında davamlı suallara baxmayaraq, Patriotlarla bağlı heç bir məlumat açıqlamayıb.