vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 15 iyun 2021
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.928 AZN
1 Rusiya rublu 1 RUB = 0.0258 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 2.2014 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.3228 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Ancaq topların ağzından açılan atəş haqq sözüdür»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
MÜNƏCCİM  
01:45 | 18 iyun 2013 | Çərşənbə axşamı Məqaləyə 3411 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ULDUZ FALI

(18 iyun 2013)

18.06.13 - (18 iyun 2013)...

QOÇ - Durumunuzdan bəlli olur ki, artıq Göy qübbəsi ürəyinizin səsini eşitməkdədir. Bu səbəbdən də qarşısıalınmaz sandığınız maneələr asanlıqla aradan qalxmağa başlayacaq.

BUĞA - Astroloji göstəricilər bu təqvimin səmərəli keçəcəyindən xəbər verir. İstər qarşılıqlı münasibətlərdə, istərsə də iş prinsipində nəzərəçarpacaq nailiyyətləriniz gözlənilir.

ƏKİZLƏR - Şəxsi həyatınızda əsaslı dönüş mümkündür. Nəzərdə tutduğunuz planları sistemləşdirməklə bütün stresslərinizi yüngülləşdirə bilərsiniz. Axı indi Göy qübbəsinə sizin bürc hakimdir.

XƏRÇƏNG - Səyahət və səfərlər üçün əlverişli gündür. Amma elə edin ki, gedəcəyiniz yerdə qəlbiqara adamlar olmasın. Əks təqdirdə ovqatınız korlana bilər. Ailə üzvlərinizə qayğı göstərin.

ŞİR - Yaxın dostlarınızın dəstəyindən maksimum yararlanın. Belə olduqda böyük işlərin öhdəsindən gələ biləcəksiniz. Büdcənizi artırmaq naminə istənilən çətinliyə tab gətirməlisiniz. 

QIZ - Göy qübbəsinin qənaətlərinə görə ixtiyarınızda olan bu təqvimi romantik bir tərzdə başa vuracaqsınız. Nahardan sonra ikili görüşlər, büdcədə artım və qonaqlıqlar yolunuzu gözləyir.

TƏRƏZİ - Təzadlı hadisələr yaşayacaqsınız. Bir tərəfdən təzə təkliflər, digər tərəfdənsə maddi durumunuzun qənaətbəxş olması sizi sevindirəcək. Lakin mübahisə və konfliktlər də gözlənilir.

ƏQRƏB - Bu gözəl günü daha çox ailənizlə bir yerdə keçirməyə çalışın. Çünki başqa ünvanlarda qarşılaşdığınız hadisələr ovqatınıza pis təsir edəcək. Ayın sonrakı günlərinin iş planını tutun.

OXATAN - Göy qübbəsi sizi səbrli olmağa çağırır. Əgər bu tövsiyələrə əməl etsəniz, bu təqvimdən razı qalacaqsınız. Sevgiyə diqqəti artırın və dünyadan getmişləriniz üçün dualar oxuyun.

OĞLAQ - Nahara qədər hər hansı riskli hərəkətlər etməkdən çəkinməməlisiniz. Çünki nahara qədər buna şansınız olacaq. Saat 16-18 aralığında isə sağlıq durumunuza diqqət yetirin. 

SUTÖKƏN - Ümumi süstlüyünüz olsa da, boş oturmayın. Əksinə, qlobal problemlərinizi həll edə biləcək şəxslərlə görüşün. Bu, sizi perspektivlərinizə daha da yaxınlaşdıra bilər. Qəlbinizi sevgisiz qoymayın.

BALIQLAR - Bütün hallarda əyləncələrdən uzaq olun. Bu qədər problemin içində kef-damağa nə ehtiyac? Yaxşı olar ki, gələcək planlar barədə müzakirələr aparasınız. Bir daha deyirik: ciddi və əzmkar olun. 

   

şərhləri göstər

DİQQƏT!

Əziz oxucular. Mövzudan kənar, müəllifin şəxsinə və təhqir sözlər olan şərhlər yolverilməzdir. Sadaladıqlarımızdan savayı bütün fikirləriniz bizim üçün dəyərlidir.

Commentics

Sorry, there is a database problem.

Please check back shortly. Thanks.