Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
12:51 | 24 iyul 2024 | Çərşənbə
Məqaləyə 344 dəfə baxılıb
Şriftin ölçüsü
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
Trampın Çindən tələbləri
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
Bir gün səmada bulud göyü dəlib keçirdi. Diqqətlə baxanda bulud bir az fil kimi göründü. Sonra bir anda anladım ki, o bulud, Donald Trampın Ağ Evə yolunu açan “Respublikaçı Fil” idi. Simvolu fil olan Respublikaçılar Partiyasının cümə axşamı günü keçirilən və tacqoyma mərasiminə bənzəyən konqresində Trampın prezidentliyə namizədliyini rəsmi olaraq təsdiqlədi.
ABŞ prezident seçkilərində mediada “dünyanın ən güclü adamı” tərifinin kimə verilməsinə diqqət yetirilməlidir. Çünki dünyanın ən güclü ölkələri yer üzündəki bütün məsələlərlə bağlı qərarlarına nəzarət edir. Bu kontekstdə nə sirr, nə də təəccüblü deyil ki, dünyanın əksər hakim dairələri müxtəlif ehtimallara, birincisi, prezident Trampın ikinci dövrünün Amerikası ilə Venslə birlikdə necə davranacağına, ikincisi, bu ikilinin daxili problemləri necə həll edəcəyinə dair mövcud imkanlarına baxacaq. Belə davranış başa düşüləndir, hətta zəruridir. Anlaşılmaz və hətta gülməli olan isə bəzi insanların səmadan keçən buludları öz təxəyyüllərinə uyğun formalaşdırmaq kimi illüziyalara qapılmalarıdır.
Prezident Co Baydenin prezidentlik yarışından geri çəkildiyini elan etməsi bir çox partiyanın Trampın qələbəsini təminatlı hesab etməsinə səbəb olub. Bəli, doğrudur ki, bütün sorğular Respublikaçı namizədə demokrat rəqibi Baydendən qat-qat yüksək faizlər verir. Amma bu da həqiqətdir ki, istənilən demokratik ölkədə bir namizədin digər namizədə mütləq qalib gələcəyini söyləmək məntiqi baxımdan qəbuledilməzdir. Hər seçkidə sürprizlər gözlənilməlidir. Üstəlik, Kamala Harrisin namizədliyi Demokratlar Partiyası tərəfindən təsdiqlənərsə, balanslar dəyişə bilər. Bu cür qəti proqnozlar vermək dünya çempionatları zamanı komandalar üzərindən mərc etmək tələsinə düşmək kimidir. Tarixdə, proqnozların əslində bir illüziya olduğu ortaya çıxanda bir çox insanın yaşadığı şokla bağlı çox nümunə verə bilərik.
Eyni kontekstdə İsraildə ifrat radikalizmlə səciyyələnən tərəfin əvvəldən Trampın qələbəsinə “stavka” etdiyi məlumdur və Baydenin geri çəkilməsi ilə Benyamin Netanyahunun gözləntilərinin daha da artması təbiidir. Lakin bu partiya və orbitində olan hər kəs Yaxın Şərq məsələsinin ancaq Amerika prezidentinin dəyişməsi ilə yox olacağını təsəvvür edirsə, istər respublikaçı, istərsə də demokrat olsun, buludlar kimi keçici xəyallara qapılır.