Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
12:45 | 29 iyul 2024 | Bazar ertəsi
Məqaləyə 530 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
“Tesla” və “SpaceX” şirkətlərinin sahibi İlon Maskın Kamala Harrisin seçki kampaniyası reklamının öz səsi ilə montaj olunan versiyasını sosial media hesabında paylaşıb. Maskın bu paylaşımı onun platforma qaydalarını pozması ilə bağlı müzakirələrə səbəb olub.
***
ABŞ prezidenti Co Bayden seçki yarışından geri çəkildikdən sonra Kamala Harris demokratların ehtimal namizədi olacaq. Bayden namizədliyini geri götürdükdən sonra Harris seçki kampaniyasına başlayıb.
İlon Mask bir müddət əvvəl ABŞ-ın keçmiş prezidenti və Respublikaçılar Partiyasından yenidən namizəd Donald Trampı dəstəklədiyini açıqlamışdı. Bu açıqlamadan sonra Mask Harrisin qeyri-real seçki reklamını “Bu əladır” sözləri ilə paylaşıb.
Maskın paylaşdığı videoda Harris bu sözləri işlədir: “Mən, Kamala Harris, sizin Demokratik prezidentliyə namizədinizəm, çünki Co Bayden nəhayət ağlını itirdiyini üzə çıxardı”. Orijinal videoda isə Kamala Harris deyir: “Bu seçkidə hamımız bir sualla qarşılaşırıq: Biz hansı ölkədə yaşamaq istəyirik?” və sonra Beyonsun “Freedom” mahnısı çalınmağa başlayır.
Maskın paylaşdığı “parodiya” videosunda Harris onu tənqid edənlərin “həm cinsiyyətçi, həm də irqçi” olduğunu söyləyir.
***
Harrisin seçki kampaniyasının sözçüsü Mia Ehrenberq, Mask və keçmiş prezident Donald Trampa verdiyi açıqlamada, “Biz inanırıq ki, Amerika xalqı vitse-prezident Harrisin təqdim etdiyi real azadlığı, fürsəti və təhlükəsizliyi istəyir. Nəinki İlon Maskın və Donald Trampın təklif etdiyi manipulyasiya edilmiş yalanlara”, deyib.
Maska reaksiya verənlərdən biri də Kaliforniya qubernatoru Qeyvin Nyusom olub. Nyusom sosial mediada “Bu cür “reklamda” audio ilə manipulyasiya etmək qeyri-qanuni olmalıdır. Mən bir neçə həftədən sonra buna əmin olmaq üçün qanun layihəsini imzalayacağam”, – deyib.
Nyusoma cavab verən Mask, “Mən tanınmış dünya nüfuzlu professor Saqon Diznatz ilə görüşdüm və o, Amerikada parodiyanın qanuni olduğunu söylədi”, – deyib.