
Tramp–Mask münasibətləri və “Amerika Partiyası”
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Tramp: “Bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdilər”
İnvestorlar arasında ciddi narahatlıqlar yaranıb
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Birləşmiş Ştatlar Ukraynaya Təhlükəsizliyə Yardım Təşəbbüsü (USAI) fondu və Ağ Evdən təxminən 1,7 milyard dollar dəyərində yeni təhlükəsizlik yardım paketi elan edib. ABŞ Müdafiə Nazirliyi (Pentaqon) tərəfindən edilən yazılı açıqlamada əlavə təhlükəsizlik yardımının Ukraynanın kritik müdafiə ehtiyaclarını qarşılayacağı bildirilib.
Ağ Evin Milli Təhlükəsizlik Kommunikasiyalar üzrə müşaviri Con Kirbi telekonfrans vasitəsilə keçirdiyi mətbuat konfransında USAİ-nin 1,5 milyard dollarlıq təhlükəsizlik yardımına əlavə olaraq Ağ Evin prezident səlahiyyətləri çərçivəsində Ukraynaya 200 milyon dollar yardım göndərilməsi barədə qərar qəbul etdiyini bildirib.
Bu yardımın 2021-ci ilin avqust ayından bəri USAI paketindən istifadə edilən 20-ci, Pentaqonun inventarından verilən 62-ci avadanlıq olduğu paylaşılıb.
USAI təxminən 50 ölkəni əhatə edən Pentaqonun rəhbərlik etdiyi maliyyə proqramı kimi Ukrayna ordusuna Rusiyaya qarşı təlim, təchizat və məsləhətlər vermək üçün həyata keçirilir.
Bu yardım Ukraynanı müxtəlif hava hücumundan müdafiə sursatları, artilleriya mərmiləri, HIMARS dəqiq reaktiv yaylım atəşi sistemləri üçün döyüş sursatları və çoxlu sayda tank əleyhinə silahlar, o cümlədən Rusiyanın hücumlarından qoruyacaq digər imkanlarla təmin edəcək.
Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında verdiyi açıqlamada amerikalı həmkarı Co Baydenə, Konqresə və Amerika xalqına göstərdikləri köməyə görə “son dərəcə minnətdar olduğunu” bildirib.
Dünən Zelenski Rusiya qüvvələrinin may ayında qəfil quru əməliyyatına başladığı, lakin əhəmiyyətli irəliləyiş əldə edə bilmədiyi Xarkov sərhəd bölgəsində xüsusi təyinatlılara baş çəkib.
Ukrayna lideri deyib ki, o, “bu davamlı yardımın bizə necə həyatları xilas etməyə və insanları Rusiyanın hücumlarından qorumağa imkan verdiyinin şahidi olub”.
Birləşmiş Ştatlar 2022-ci ilin fevralında Rusiyanın işğalına başladığı vaxtdan bəri 55 milyard dollardan çox silah, sursat və digər hərbi yardım vəd edərək Ukraynanın əsas hərbi dəstəkçisidir.
Rusiya dünən öz qüvvələrinin Ukraynanın şərqindəki bir kəndi nəzarətə götürdüyünü açıqlayıb.
Ukrayna ordusu dünən Moskva qüvvələrinin may ayından bəri ələ keçirməyə çalışdığı kiçik şəhər Vovşansk da daxil olmaqla, Rusiyanın Xarkovda cəbhə xəttində son sutka ərzində altı hücumunu dəf etdiyini açıqlayıb.