vaxtlı-vaxtında oxuyun! Şənbə, 23 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Xalq gərək daim öz kökünü xatırlasın»

Heydər Əliyev (1923 - 2003)
ASİYA  
12:16 | 7 avqust 2024 | Çərşənbə Məqaləyə 319 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Monarxiyanı devirmək istəyirmiş

Seçkidə qalib gələn partiya məhkəmənin qərarı ilə bağlanıb

CAVİD

Taylandın Konstitusiya Məhkəməsi ötən il keçirilən seçkilərdə birinci olan İrəli Hərəkat Partiyasının bağlanmasına qərar verib.

Taylandda Konstitusiya Məhkəməsi İrəli Hərəkat Partiyasının (MFP) Cinayət Məcəlləsinin “Lese Majeste” kimi tanınan 112-ci maddəsinin dəyişdirilməsi üçün kampaniya apardığı səbəbi ilə bağlanacağını açıqlayıb.

Taylandın Konstitusiya Məhkəməsi müxalifətdə olan İrəli Hərəkat Partiyası ilə bağlı qərarını açıqlayıb. Məhkəmə partiyanın “Lese Majesteni əvəzləmək üçün kampaniya apardığını” əsas gətirərək bağlanmasına qərar verib.

Taylandda Məhkəmə, 14 may 2023-cü ildə keçirilən seçkidə birinci olan MFP-nin keçmiş lideri Pita Limjaroenratın seçki kampaniyası zamanı “Lese Majeste”nin dəyişdirilməsi ilə bağlı ifadələri ilə “konstitusiya monarxiyasını devirməyə çalışdığına” qərar verib.

Bundan sonra, yanvar ayında “Lese Majeste”nin dəyişdirilməsini müdafiə edən bütün çıxışlar, məqalələr və bəyanatlar faktiki olaraq qadağan edilib. Cinayət Məcəlləsinin 112-ci maddəsinə (Lese-Majeste) (Krala xəyanət) əsasən, monarxiyanı tənqid edənlərə ağır həbs cəzası verilə bilər.