İsrail Livanın cənubunu vurdu
1 nəfər mülki vətəndaş həlak oldu
10:56 | 7 avqust 2024 | Çərşənbə
Məqaləyə 549 dəfə baxılıb
Şriftin ölçüsü
1 nəfər mülki vətəndaş həlak oldu
“Çaxal” əsgərinin xristian abidələrinə qeyri etik davranışı hiddətə səbəb oldu
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
İsrail hücum iddialarını təkzib etdi
Rubio: “Müzakirələrin əsas məqsədi “Hizbullah”ın təsirinə son qoymaqdır”
İsrail və Livan ABŞ-də danışıqlar aparacaq
İsrail Baş qərargah rəisi əməliyyatların Livan ərazisinin dərinliklərində aparılacağını dedi
Telefon danışığından sonra 10 dəqiqə ərzində 100 hədəf vuruldu
Terrorçuların lideri və qardaşı oğlunun öldürülməsi xəbəri yayıldı
Körpünün uçması nəticəsində ölənin bir hissəsi ilə əlaqə qırıldı
Tramp daimi atəşkəsə nail olsa, Tehranı uzunmüddətli nəzarətdə saxlaya bilər
İran dövlət və xalq olaraq tamamilə məğlub edildi, sındırıldı və təhqir olundu
Amma tanker sahibləri təhlükəsizlikdən əmin deyil
Bəs SEPAH kimin üzərində qalib gəlib?
Nələr var və razılaşma necə əldə olundu?
ABŞ və İsrailin fərqli maraqları
Livan “Hizbullahı” terror təşkilatının lideri Nəsrullah deyib ki, onların İsrailə cavabı “gəlir”. Cavabın güclü və təsirli olacağını bildirən terrorçu, “Qisas əməliyyatını ya təkbaşına, ya da təşkilatın digər cəbhələri ilə birlikdə həyata keçirəcəyik”, – deyib.
İsrailin Livanın paytaxtı Beyrutda terror təşkilatının yüksək rütbəli rəsmisi Fuad Şükürü və İranın paytaxtı Tehranda “Həmas” lideri İsmayıl Haniyəni qətlə yetirməsindən sonra bölgədə gərginlik artıb.
Terror təşkilatının əsas lideri Həsən Nəsrullah 30 iyulda paytaxt Beyrutda Dahiyədə İsrail ordusu tərəfindən öldürülən “Hizbullah”ın yüksək səviyyəli komandirlərindən Fuad Şükürün ölümünün 7-ci günündə keçirilən mərasimə video konfrans vasitəsilə qatılıb.
Nəsrullah bəyan edib ki, beynəlxalq ictimaiyyət “Hizbullah”a qarşı “təmkin” çağırışı edir, lakin İsrailin baş naziri Binyamin Netanyahunu pisləmir.
Nəsrullah Fuad Şükrün öldürülməsinə toxunaraq, “Cavabımız gəlir. Nəticələri nə olursa olsun, müqavimət İsrailin hücumlarına imkan verməyəcək”, – deyə o əlavə edib.
Biz ya təkbaşına, ya da digər cəbhələr (Yəməndəki husilər və İraqdakı şiə yaraqlıları) ilə birlikdə qisas alacağıq”.
Tül-Əvivə cavablarının güclü və təsirli olacağını qeyd edən Nəsrullah, “Heç kim bizdən İsrailin Beyruta hücumuna adi bir şeymiş kimi baxmamızı gözləməməlidir”, – deyib.
“İsrailə cavabın verilmə tarixinin qeyri-müəyyənliyi Tel-Əviv üçün cəzanın bir hissəsi deməkdir”, – Nəsrullah bildirib.
İsrailin “Hizbullah”la hərtərəfli müharibəyə girmə qərarının asan olmadığını qeyd edən Nəsrullah, İsrailin bu müharibəyə girmək üçün heç bir bəhanəyə ehtiyac duymadığını bildirib.
***
İsrail ordusu iyulun 30-da verdiyi açıqlamada, Livanın paytaxtı Beyruta hava hücumu nəticəsində “Hizbullah” komandirlərindən Fuad Şükürü öldürdüyünü açıqlayıb.
Açıqlamada hücumun döyüş təyyarələri ilə həyata keçirildiyi və öldürülən komandirin Həsən Nəsrullahın “sağ əli” olduğu iddia edilib.
Şükrün “2023-cü il oktyabrın 7-dən etibarən İsrailə qarşı hücumları idarə etdiyi və 27 iyulda Məcdel Şəms hücumundan məsul olduğu” da iddia edilib.
İsrail mətbuatında Şükürün bir neçə il əvvəl terror təşkilatının “dəqiq raket layihəsi”nə komandir təyin edildiyi bildirilirdi.
“Hizbullah” komandiri Fuad Şükür 1983-cü ildə Beyrutdakı ABŞ Dəniz Piyadaları kazarmasının bombalanmasında iddia edilən rola görə Vaşinqtonun mükafat verdiyi adlar arasında idi.
İsrail ordusunun 2023-cü il oktyabrın 8-dən Livanın cənubuna endirdiyi hava hücumlarında həlak olan Hizbullah üzvlərinin sayı 400-ə yüksəlib.