vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 oktyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
ENERGETİKA  
12:41 | 3 sentyabr 2024 | Çərşənbə axşamı Məqaləyə 366 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Dünyada qaz tarazlığı

Avropa azalan mavi yanacaq istehlakı Amerika və Asiyada artır

CAVİD

MÖVZU İLƏ ƏLAQƏLİ

2021-ci ildə təbii qaz istehlakı 553 milyard kubmetrə yüksələn Avropanın bu ilin sonuna qədər 469 milyard kubmetr istehlak edəcəyi gözlənilir. Beynəlxalq Qaz Birliyinin (International Gas Union – IGU) “Qlobal Təbii Qaz 2024” hesabatındakı məlumatlara görə, 2019-cu ildən etibarən Şimali Amerika, Afrika, Yaxın Şərq, Rusiya və Asiyada təbii qaz istehlakı artarkən, Avropada bunun əksi yaranıb.

Rusiya-Ukrayna müharibəsi səbəbiylə Rusiya qazına tətbiq edilən embarqo, bərpa olunan enerjiyə keçid və qənaət tədbirləri Avropanın təbii qaz istehlakının azalmasında təsirli oldu. 2019-cu ildə 550 milyard kubmetr təbii qaz istehlak edən Avropa 2020-ci ildə 534 milyard kubmetr, 2021-ci ildə 553, 2022-ci ildə 496, 2023-cü ildə isə 465 milyard kubmetr təbii qaz istehlak edib.

Bu ilin sonuna qədər Avropanın təbii qaz istehlakının 469 milyard kubmetr olacağı təxmin edilir. Avropanın qaza olan tələbatının azalmasının yarıdan çoxu elektrik enerjisi sektorunda baş verdiyi halda, qışın mülayim keçməsi ilə əlaqədar yaşayış və ticarət sektorlarında kəskin azalmalar müşahidə olunub.

Hesabatda deyilir: “Elektrik enerjisinə tələbatın ümumi azalması və bərpa olunan enerji istehsalının artması elektrik sektorunun qaz tələbatının 2023-cü ildə 2022-ci ilə nisbətən 17 milyard kubmetr azalmasına səbəb olub. Avropada bərpa olunan enerji mənbələrindən gözlənilən elektrik enerjisi istehsalı bu il ilk dəfə 50 faizi keçəcək. Qaza tələbatda düşüşn 2024-cü ildə də davam etməsi, ancaq daha yavaş bir templə olacağı gözlənilir”.

Sözügedən hesabatda Avropada yüksək qiymətlər və qaz bazarlarındakı yüksək dalğalanma səbəbindən sənaye prosesləri, istilik və elektrik enerjisi istehsalında istifadə edilən təbii qaza tələbatda əhəmiyyətli dərəcədə azalma olduğu bildirilib və Avropa sənaye sektoru artıq tədarük zəncirində daralmalar yaşayır. Artan xərclər və “COVİD-19” pandemiyasından sonra material qıtlığı davam edir. Rusiya-Ukrayna müharibəsinin başlaması bu problemləri daha da dərinləşdirdi. Böhran irəliləməsi və qiymətlər artması təbii qazdan asılı sənayelər üçün dağıdıcı fırtınaya səbəb olub. Bundan əlavə, bir çox şirkət əməliyyatları azaltmağa, obyektləri bağlamağa və ya hasilatı xaricə köçürməyə çalışıb. Buna görə də, Avropada sənaye tələbatı 2021-ci ildən 2023-cü ilə qədər 25 milyard kubmetr azalıb.

Hesabatda Avropada qaz bazarlarında daimi səmərəliliyin və struktur dəyişikliyinin aparıldığı vurğulanıb: “Mövcud prosesə uyğunlaşmaq üçün bəzi istehsalçılar alternativ texnologiyalara da sərmayə qoyublar. Məsələn, BASF şirkəti 2022-ci ilin iyun ayında Lüdviqshafendəki obyektində dünyanın ən böyük istilik nasosunu tikərək təbii qazın birbaşa istifadəsindən uzaqlaşıb. Bir çox şirkətlər hasilatlarını Avropadan kənarda, məsələn, enerji xərclərinin daha aşağı olduğu ölkələrə köçürüblər. Məsələn, Norveçli gübrə istehsalçısı Yara, 2023-cü ilin iyun ayında ABŞ-da mavi ammonyak istehsalına investisiya qoymaq barədə strateji hədəfini açıqlayıb”.

***

Digər tərəfdən, qlobal bazarda istehlak rəqəmlərinə baxdıqda, Şimali Amerikada 2019-cu ildə 1 trilyon 88 milyard kubmetr olan istehlak 2020-ci ildə 1 trilyon 67 milyard, 2021-də 1 trilyon 79 milyard, 2022-də 1 trilyon 121 milyard, 2023-də isə 1 trilyon 135 milyard kubmetr olub. İlin sonunda bu rəqəmin 1 trilyon 143 milyard kubmetr olacağı gözlənilir.

 

Yaxın Şərqdə istehlakın 2019-cu ildəki 567 milyard kubmetrdən 2024-cü ilin sonuna kimi 645 milyard kubmetrə çatacağı gözlənilir. Rusiyanın təbii qaz istehlakının 2019-cu ildəki 446 milyard kubmetrdən bu ilin sonunda 467 milyard kubmetrə yüksələcəyi təxmin edilir.

Yüksək tələbat səbəbindən istehlakda ən böyük artımın Asiyada olacağı təxmin edilir. 2019-cu ildə 898 milyard kubmetr təbii qaz istehlak edilən Asiyada 2020-də 906 milyard kubmetr, 2021-də 980, 2022-də 964, 2023-də isə 995 milyard kubmetr təbii qaz istehlak edilib. Hesabatda bu istehlakın bu ilin sonuna kimi 1 trilyon 38 milyard kubmetrə çatacağı bildirilib.

Hesabatda Yaponiya və Cənubi Koreyada istehlakın azalmasının Çindəki sənaye və mənzil ehtiyacları ilə tarazlaşdırıldığı qeyd edilərək, Pekində artım meylinin bu il də davam etdiyi vurğulanıb.