vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)

«Şair xalqın səsi, əsrin səsidir,
Vətənin ağsaçlı sərkərdəsidir,
Hökmüylə ordular ayağa qalxır,
Şerinin selində daşlar da axır»

Məhəmməd Hüseyn Şəhriyar (1906 - 1988)
AMERİKA  
14:52 | 4 sentyabr 2024 | Çərşənbə Məqaləyə 149 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Braziliya prezidentindən Maska sərt sözlər

Lula da Silvadan: “Sırf zəngin olduğu üçün onun hər çaldığına oynamaq məcburiyyətində deyilik”

ELŞAD

MÖVZU İLƏ ƏLAQƏLİ

Braziliya Ali Məhkəməsinin ötən həftə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verilən “X” sosial media platformasına giriş qadağasının əks-sədası davam edir.

Ölkə prezidenti Luiz İnasio Lula da Silva adı əvvəllər “Twitter” adlanıb sonradan “X” olaraq dəyişdirilən platformanın sahibi İlon Maskı hədəf alıb.

Braziliyanın CNN telekanalına danışan 78 yaşlı prezident ölkəsinin dünyaya “İlon Maskın ifrat sağçı cəfəngiyatına sırf zəngin olduğuna görə dözmək məcburiyyətində deyilik”, – mesajı verəcəyini bildirib.

Ali Məhkəmə “X” platforması yetkililərindən keçmiş prezident Jair Bolsonaroya qarşı “çevriliş cəhdi” istintaqı çərçivəsində İlon Maskdan bəzi şəxslər haqqında məlumat verməsini və bor çox hesabları bloklamasını istəyib.

Mask nəinki məhkəmənin tələbini yerinə yetirib və hətta “X”in Braziliyadakı ofisini bağlayıb.

Braziliya Ali Məhkəməsi “X”ə ölkədə qanuni nümayəndə təyin etmək üçün 24 saat vaxt verib, əks halda platformaya girişin qadağan ediləcəyini açıqlayıb.

Müddət başa çatdıqdan sonra bildirilib ki, avqustun 30-da Ali Məhkəmənin hakimi Aleksandr de Moraes İlon Maska məxsus “X” platformasına giriş qadağası tətbiq etmək qərarına gəlib. Şirkət tərəfindən ayrılan müddətdə Braziliyada qanuni nümayəndə təyin etmədiyi, qərarın nümayəndə təyin olunana və cərimələr ödənilənə qədər qüvvədə olacağı vurğulanıb.

Açıqlamada, internet xidmət təminatçılarına və tətbiqə girişin qarşısını almaq üçün 5 gün müddət verildiyi bildirilib

İlon Mask da “X”də etdiyi paylaşımda qərara reaksiya göstərərək, “İfadə azadlığı demokratiyanın təməl daşıdır və Braziliyada seçilməmiş sözdə hakim onu ​​siyasi səbəblərdən məhv edir”, – deyib.

Entyabrın 2-də Braziliya Ali Məhkəməsi “X”a giriş qadağasının davam etdirilməsi barədə qərar çıxarıb.

Digər tərəfdən Braziliyada 20 milyondan çox üzvün “X”ə daxil ola bilməməsi Cənubi Amerika ölkəsində etirazlara səbəb olub.

Radikal sağın bu cür qadağalarla “ifadə azadlığının müdafiəsi” mövqeyini ələ keçirməsinin Jair Bolsonaro kimi siyasətçilərin mövqelərini gücləndirəcəyini iddia edən opponentlər də var.

Bu qadağaya səbəb olan Bolsonaro tərəfdarlarının şənbə günü Milli Müstəqillik Günü çərçivəsində küçələrə çıxması gözlənilir.

Bolsonaro, Argentina prezidenti Xavyer Milei və ABŞ-ın keçmiş prezidenti Donald Tramp kimi siyasətçiləri dəstəklədiyini gizlətməyən İlon Mask dünən (sentaybrın 3-də) “X” platformasındakı 196 milyon izləyicisinə ünvanladığı paylaşımda şənbə günü (sentyabrın 7-də) Braziliyada keçiriləcək etiraz aksiyalarında iştiraka çağırıb.

Mask həmçinin “vətənpərvər braziliyalıların” Ali Məhkəmənin hakimi Alexandre de Moraesin istefasını tələb etmək üçün bir araya gəlmələrini təklif edib.

Texnologiya və siyasət sahəsində ixtisaslaşmış braziliyalı köşə yazarı Pedro Doria, Moraesin həddən artıq irəli getdiyini iddia edənlər arasındadır.

VPN istifadəsinə görə gündəlik 50 min Braziliya realı (15 min manatdan çox) cəriməsini “absurd” adlandıran Doria, Maskın özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim etdiyini vurğulayaraq, “X”in digər hökumətlərin tələblərinin 83 faizini qəbul etdiyini vurğuladı. O, 2023-cü ilin mayında keçiriləcək seçkilər öncəsi Türkiyədəki vəziyyəti xatırladaraq Maskın qərarına etiraz edib: “O, söz azadlığından danışır, amma dediyi kimi davranmır. Türkiyə ondan bəzi hesabları bloklamasını istəyəndə Mask, onları bloklayıb. Sonra o, “Twitter”də demişdi ki, digər tələb bütün ölkədə sosial şəbəkəyə girişi bloklamaqdır və mən bunu etməyəcəyəm”.

“Twitter”, o zaman məlum olduğu kimi, ümumi seçkilərə bir gün qalmış, 13 may 2023-cü ildə bəzi mövzulara girişi blokladığını açıqlamışdı: “”Twitter”ə girişin bloklanması ilə bağlı məhkəmə qərarlarına uyğun olaraq və sosial platformanın Türkiyədə istifadəyə verilməsini təmin etmək üçün bəzi mövzulara girişini blokladıq. Siyasətlərimiz çərçivəsində bu əməliyyatlar barədə müvafiq hesab sahiblərini məlumatlandırdıq. Bloklanmış mövzular dünyanın qalan hissəsi üçün əlçatan olacaq.