
Tramp Zelenski ilə anlaşdı
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
Putinlə məyusedici görüşdən sonra ABŞ prezidenti Ukraynanın hava hücumundan müdafiəsini gücləndirməkdə razıdır
ABŞ mümkün hücumdan müdafiə olunmağa hazırlaşır
Çin ABŞ-a xəbərdarlıq etdi
Yeni partiya yaradırmı?
Meksika turist axınına etiraz edir
Kaliforniya Birləşmiş Ştatlardan ayrıla bilərmi?
İsrail aviasiyasi Tehranın hava məkanında necə at oynatdı?
“Nasist qanunu” ilə amerikalılar vətəndaşlıqdan məhrum ediləcək
Almaniya Ukrayna göndəriləcək “Patriot”lar üçün ABŞ ilə danışıqlar aparır
Rusiyalı naziri Lavrov ABŞ-ı təbrik edib
Naməlum şimali koreyalı saxlanılıb
Tramp müstəqilliyin 250 illiyi münasibətilə UFC matçı keçirəcək
Merkel Oval kabinet xatirələrini danışıb
Cənubi Koreya ilə Polşanı meqa tank müqaviləsi imzaladı
Tramp tamamilə məhv edildiyini iddia etmişdi
Qurğuşun bahalaşıb, alüminium gözləyir
Cənubi Koreyanın müdafiə nazirinin müavini Ço Çanq-rae, ABŞ Müdafiə Nazirliyinin müşaviri vəzifəsini icra edən Kara Aberkrombi və Yaponiya Müdafiə Nazirliyinin Müdafiə Siyasəti Departamentinin baş direktoru Yamato Taro bu gün Cənubi Koreya paytaxtı Seulda görüşüblər.
Rəsmilər üçtərəfli hərbi təlimlərin davam edəcəyini vurğulayıblar.
Rusiya və Şimali Koreya arasında artan hərbi əməkdaşlıqla bağlı “ciddi narahatlıqlarını” ifadə edən üç rəsmi Pxenyan administrasiyasının son vaxtlar nüvə silah sistemlərini diversifikasiya etməsini, eləcə də çoxsaylı ballistik raket sınaqları və buraxılışlarını pisləyib.
Rəsmilər həmçinin Pxenyanı “Koreya yarımadasının və regionun təhlükəsizliyini pozan bütün hərəkətlərə dərhal son qoymağa” çağırıblar.
Üç müdafiə rəsmisi Hind-Sakit Okean regionunun dəniz və hava məkanında son hərbi fəaliyyətləri və Çinin bölgədə gördüyü işləri də müzakirə ediblər.
ABŞ Müdafiə Nazirliyi 15-ci üçtərəfli görüşün birgə bəyanatını açıqlayıb. Bəyanatda qeyd olunur ki, ABŞ, Cənubi Koreya və Yaponiyanın müdafiə rəsmiləri Şimali Koreyanın artan nüvə və raket təhdidlərinin qarşısını almaq üçün birlikdə hərəkət etmək öhdəliyini təkrarlayıblar.
16-cı üçtərəfli danışıqlar gələn ilin birinci yarısında Yaponiyada keçiriləcək.
***
İkinci Dünya Müharibəsində Yaponiya işğalının sona çatmasından sonra 1948-ci ildə Qərbin təşviqi ilə yarımadanın cənubunda Koreya Respublikası (Cənubi Koreya), şimalda isə Sovet İttifaqının dəstəyi ilə Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) quruldu.
Xatırladaq ki, dünən (sentyabrın 9-da) Şimali Koreyada ölkənin yaranmasının 76-cı ildönümü ilə bağlı bayram tədbirləri keçirilərkən ölkə rəhbəri iddialı bəyanatla çıxış edib. Kim Çen In artıq yeni nüvə siyasətini qəbul etdiklərini və Şimali Koreyanın silahlarının sayını “eksponensial artım” ilə artıracağını açıqlayıb.
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinin (KCNA) bu gün dərc etdiyi xəbər ölkə liderinin dünənki çıxışına əsaslanır.
40 yaşlı Kim Çen In ABŞ və Vaşinqtonu izləyən ölkələrin onlara qarşı “ciddi” təhdidlərinə qarşı Pxenyanın hərbi gücünü artırmasının vacibliyini vurğuladı.
Nüvə enerjisinin də bunun mühüm tərkib hissəsi olduğu xatırladılıb.