vaxtlı-vaxtında oxuyun! Çərşənbə axşamı, 11 fevral 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Heydər Əliyev (1923 - 2003)

«Müstəqillik yolu qədər çətin yol yoxdur»

Heydər Əliyev (1923 - 2003)
AMERİKA  
00:25 | 21 yanvar 2025 | Çərşənbə axşamı Məqaləyə 284 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın qızıl dövrü

“Marsa gedəcəyik, orada ulduz stansiyasını quracağıq”

Xəqani SƏFƏROĞLU

MÖVZU İLƏ ƏLAQƏLİ

Tramp ABŞ-ın 47-ci prezidenti oldu, “Amerikanın qızıl dövrü” başlanır dedi.

Tramp Amerikanın daxili problemlərini əsas prioritet kimi qeyd elədi. Miqrantlar üçün çətin günlər gözlənilir. Meksika sərhədində fövqəladə vəziyyətin elan edilməsi və ordu yeridilməsi daxili həyatın ən çox müzakirə mövzusu olacaq

Tramp miqrantlarla bağlı çox acıqlı mesaj verdi.

Onun çıxışını ayaq üstə alıqşladılar. Bu, miqrant məsələsinin necə ciddi problem olmasına işarə idi.

Tramp Amerika neft və qazına “yaşıl işıq" yandırdı: "Qazın uşaqlar, qazın" -Trampın bu sözləri əslində qarşıdakı neft bazarı üçün böyük sürpürizlər vəd edir.

Tramp çıxışında solçu detalları da diqqət çəkdi: Amerikanın qurucuları sırasında əli qabarlı fəhlələri, kəndliləri, sadə insanların olduğunu dedi. Bu sözlərin fonunda Trampdan arxada duran milyarder İlon Mask, Bezos və digərlərinin görüntülərindən korporasiyaların hökm edəcəyi bir dövrün mesajını da anlamaq çətin deyildi.

Tramp çıxışında ABŞ-ın 25-ci prezidenti olmuş Uilyam Mak Kilnlinin adını xüsusi olaraq çəkdi və onu Amerikanın rifahı üçün çox işlər gördüyünü vurğuladı.

Uilyam Mak Kinli 1897-1901-ci illərdə prezident olub. Onu 20-ci əsrin ilk ABŞ prezidenti hesab edirlər. Mak Kinli həmçinin Vətəndaş müharibəsində döyüşmüş sonuncu prezident olub.

Bəs Mak Kinli nə üçün Trampın yadında qalıb?

İlk növbədə yürütdüyü oxşar siyasəti ilə...

O da yüksək rüsumlar və "qızıl standartı"nın tətbiqi ilə Amerikanın rifahının yüksəltmək xəttini yürüdüb, ABŞ-ın hər hansı xarici müdaxilələrinə qarşı çıxıb.

Qəribədir ki, Mak Kinlinin prezidentliyi imperializm və proteksionizmin çiçəkləndiyi bir dövr olub.

Onun zamanında –1898-ci ildə ABŞ Kubanı, Filippin, Puerto Rikonu, Havayı işğal edib. ABŞ Monro Doktrinasından imtina edib.

Trampın bir məsələdə Mak Kinliyə baxanda bəxti gətirib. Mak Kinlini 1901-cilin sentyabrında güllə ilə öldürdülər, Tramp isə ötənilki sui-qəsddən sağ qurtula bildi.

Tramp çıxışında Allah tərəfindən Amerika üçün hifz edildiyini dedi.

Bütün bu yarı-şou, yarı-romantik və yarı -utopik çıxışın son akkordu Trampın “Marsa gedəcəyik, orada ulduz stansiyasını quracağıq” deməsi idi.

Bu mesaj əslində dünya üçün hansı prioritetlərin seçilməsinə bir işarə idi. Tramp öz çıxışı ilə ABŞ-ın bütün dünya üçün əsas idarəçi olmaq iddiasını nümayiş etdirdi.

Benjamin Franklin deyirdi: "Sözlər fikri ifadə edər, niyyəti göstərən davranışlardır".

Trampı dinlədik, indi davranışlarını gözləmək qalır.