
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Trampdan Avropaya çağırış
FBI şübhəli şəxsin videolarını yayımladı, barmaq izi və başqa dəlillər var
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
ABŞ-lı milyarder Mask Tramp tərəfdarı aktivist Kirkin ölümü ilə bağlı Demokratları hədəfə aldı
Belarusda 52 məhkum əfv edildi
Məhkum ittihamları rədd etdi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
Kirkin qatilinin yüksək keyfiyyətli görüntüsü əldə edilib
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Yutada öldürülən konservativ aktivist Çarli Kirk haqqında bilinməyənlər
Tramp aktivistin qətlini ABŞ-da qara gün kimi adlandırıb
ABŞ prezidenti Donald Tramp və texnoloji milyarder İlon Mask ölkəni yenidən formalaşdırır. Bununla belə, Tramp və Maskın bəzi siyasət dəyişiklikləri ilə bağlı toqquşması qaçılmaz görünür.
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Maskın yeni kabinetdə nə qədər səlahiyyətə sahib olacağı maraq doğururdu. Texnoloji milyarder CEO-su olduğu X-dəki hesabında profil məlumatlarında “Ağ Evin İT Dəstəyi” kimi yenilənmə edib.
Lakin bu yenilənmə cəmi iki həftə ərzində federal əmək haqqı sisteminə nəzarəti ələ keçirmək səylərini sürətləndirən və milyonlarla dövlət qulluqçusuna “istefa edin, ya da işdən çıxarılma qərarını gözləyin” ultimatum verən Mask üçün çox təvazökardır.
Uzun müddət Demokratları dəstəkləyən və sonra mövqeyini dəyişən Mask Trampın seçki kampaniyasına təxminən 300 milyon dollar ianə edib.
BBC-nin təhlili göstərir ki, Mask Trampın yaxın çevrəsinə daxil olsa da, “iki güclü şəxsiyyət arasında toqquşma baş verə bilər”.
Hesabatda Maskın yeni vəzifəsində “amansız taktika” ilə irəlilədiyi, çox məxfi təhlükəsizlik icazələrinə sahib olduğu və həssas məlumatlara çıxış əldə etdiyi bildirilir.
Adının açıqlanmasını istəməyən “Tesla”nın keçmiş əməkdaşı, Maskın insanlarla maraqlanmadan qərarlar verdiyini deyib: “Onu ancaq qarşısındakı məqsəd maraqlandırır. Düşünürəm ki, o, şəxsiyyətlərarası problemlərə və münaqişələrə vaxt ayırmağa dəyməyən yan məsələlər kimi baxır”.
Keçmiş “Tesla” əməkdaşı deyib ki, 13 saatlıq və sərt intizamlı iş mühiti şirkətdə adi hala çevrilsə də, bu, federal işçilər üçün “mədəniyyət şoku” yaradacaq.
Mask həmçinin Trampın ABŞ Beynəlxalq İnkişaf Agentliyini (USAID) bağlamaq planlarında da mühüm rol oynayır. “Tesla” baş direktoru dünyanın müxtəlif ölkələrinə milyardlarla dollar yardım göndərən təşkilatı “cinayətkar təşkilat” kimi xarakterizə edib. USAİD əməkdaşlarına kompüterlərinə giriş qadağan edilib və məmurlar “inzibati məzuniyyətə” göndərilib.
Çikaqo Universitetindən Con Roqovski, “Prezident administrasiyasının nəzarəti ələ keçirmək və icra hakimiyyətini lazımi bildiyi kimi yenidən qurmaq üçün cilovu sadə vətəndaşa verməsi ilə bağlı heç bir uyğunluq görə bilmirəm”, – deyib.
“The New York Times” təhlili də yazır ki, Mask “aqressiv” hərəkətlərlə federal agentlikləri ələ keçirməyə çalışaraq Vaşinqtonda iğtişaşlar yaradır: “Dünyanın ən varlı adamı olan Mask, bürokratiyaya ideoloji möhür vurmaq və sistemi özünün və prezidentin “dərin dövlət” kimi nifrət etdiyi şeylərdən təmizləmək üçün federal hökuməti vahid qüvvə kimi ələ keçirir və xaos yaradır”.
BBC-yə danışan, Mask ilə 15 illik münasibəti olan “Neurovigil” neyrotexnologiya şirkətinin baş direktoru Filip Lou deyib ki, Elonu tanıdığı üçün bilir ki, o, iki və ya üç nömrə olmaq istəməyəcək: “Bütün nəzarəti ələ keçirməyə çalışacaq”.