
Klassik şərq diplomatiyası ...
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan türkcəsi – üç prezidentin ortaq nöqtəsi
Azərbaycan Balkanlardan Türkistana qədər olan dövlətlərinin mərkəzə qaçma təcilidir
Pezeşkianın Qarabağ ziyarəti fars-molla rejiminə əzab verib
18 may 1992, Ankara
... Qarabağ nəqliyyat və sülh qovşağına çevrilir
... və formalaşan reallıqlar
Ulduzların sayı artırılıb, buğda sünbülləri çıxarılıb
Azərbaycanda Türkiyə və ya Pakistan hərbi bazaları lazımdırmı?
Livan terror təşkilatı ilə tam bacara bilmir
Ermənistan niyə Türkiyə ilə münasibətləri normallaşdırmağa can atır?
Döyüşmədən düşməni məğlub etmək müharibə sənətinin zirvəsidir
İsrail və Suriya arasında təmas
Geosiyasi qərarin güvənlik böhranina çevrilməsi
Buğdada məhsuldarlıq iki dəfə azalıb, ölkənin ərzaq təhlükəsizliyi risk altında
Türkiyəlilərə 30 lirəyə olan qiymət xarici turistlərə 1 avrodur
Neft razılaşması Yunanıstanda panika yaratdı
Suriyada Türkiyəyə bağlı qüvvələrin olması ilə bağlı da müzakirələr aparılır. Ölkənin müdafiə naziri Murhef Əbu Qəsrə bildirib ki, Rusiya bu ölkədəki bazalarını bağlamaq məcburiyyətində deyil.
Amerikanın “Washington Post” (WP) qəzetində dərc olunan müsahibəsində Qəsrə deyib ki, Moskva ilə istənilən razılaşma Suriyanın maraqlarına xidmət etməlidir.
Yeni Dəməşq administrasiyasının müdafiə naziri bəyan edib ki, “siyasətdə əbədi olaraq düşmənçilik olmayacaq” və bu şərt yerinə yetirildiyi müddətdə Rusiyaya ölkədəki hava və dəniz bazalarını açıq saxlamağa icazə verilə bilər. Xatırladaq ki, Moskvanın Tartusda dəniz bazası, Latakiyada isə hava bazası var.
Qəsrə, Bəşər Əsədin dekabrda ölkəni tərk etməsindən sonra Kremlin Dəməşqə yanaşmasının “xeyli yaxşılaşdığını” və Moskvanın tələblərini qiymətləndirdiklərini söyləyib.
40 yaşlı Qəsrə, “Bəşər Əsəd Rusiyaya getməyə qərar verəndə bizim ruslarla razılaşmağımızın mümkün olmadığını düşünürdü”, – deyib.
Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanovun rəhbərlik etdiyi nümayəndə heyəti ötən ay Suriya rəhbərliyi ilə görüş keçirib. Boqdanov Əsədin vəziyyəti ilə bağlı müzakirələrin olub-olmaması ilə bağlı məlumat paylaşmayıb.
Qəsrə Suriyada ABŞ və Türkiyəyə bağlı hərbi bazaların statusunun da müzakirə olunduğunu bildirir. Müdafiə naziri deyir ki, Ankara ilə yeni razılaşmalar ölkəyə türk qüvvələrinin azaldılması və ya “yenidən yerləşdirilməsi”ni əhatə edə bilər.
Qəsrə həmçinin bildirib ki, amerikalı əsgərlərin Suriyada olmasının taleyi ilə bağlı danışıqlar davam edir və kürdlərlə bağlı məsələ hərbi yolla deyil, diplomatik yolla həll edilməlidir.
Bu həftə Amerika mətbuatında çıxan xəbərlərə görə, prezident Donald Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmağı planlaşdırır. Pentaqonun 30, 60 və ya 90 gün ərzində tam geri çəkilmə planı üzərində işlədiyi bildirilir.
Türkiyə xarici işlər naziri Hakan Fidan bazar günü verdiyi açıqlamada Türkiyə, İraq, İordaniya və Suriyanın İŞİD-ə qarşı birgə mübarizə apara biləcəklərini bildirib.
Suriyada İŞİD yaraqlılarının saxlanıldığı düşərgələr ABŞ-ın dəstəklədiyi kürd qüvvələrinin nəzarəti altındadır. Kürd yaraqlılarının arxasında YPG terror təşkilatı dayanır. Əsəd rejiminin devrilməsindən sonra YPG ilə Ankaranın dəstəklədiyi Suriya Milli Ordusu (SNA) arasında da toqquşmalar baş verib.
“WP”nin hesabatında Fidanın İŞİD-ə qarşı mübarizədə dörd partiyalı koalisiya təklifinin “ABŞ-ın YPG ilə əlaqələrini kəsməsinə imkan yaradacağına” diqqət çəkilir.