Paşinyan seçkilərdə qalib gəldi ...
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
15:01 | 7 fevral 2025 | Cümə
Məqaləyə 464 dəfə baxılıb
Şriftin ölçüsü
.... Amma konstitusion çoxluq əldə edə bilmədi
Azərbaycanın qazandığı sülh və Cənubi Qafqazın yeni tarixi
Paşinyanın partiyası açıq üstünlük qazandı, amma cəmiyyət sülh və qeyri-müəyyənlik arasında ikiyə bölünür
Ermənistan baş nazirinin partiyası Rusiyapərəst qüvvələrin topladıqlarının cəmindən çox səs qazandı
Ermənistanda qutudan kim çıxacaq ...
Yaxud müharibəni udub, sülhü uduzmaq təhlükəsi
İrəvandan çox Bakını düşündürən siyasi proses
Kreml Ermənistan seçkilərini necə oğurlamağa çalışır?
Putin: “Ermənilər üçün yaxşı olan Rusiya üçün də məqbuldur”
Kreml “tərəfdaşlarını” da yerinə qərar verir
Rusiya Ermənistana 100 min seçici göndərməyi planlaşdırır
Əgər Moskva ciddi təzyiq etmək istəsəydi çoxdan edərdi
Rusiyaya buraxılmayan Ermənistan məhsullarının siyahısı
Seçki öncəsi dezinformasiya dalğası güclənir
Paşinyan seçki mitinqində yeni neft qaz və qaz kəməri layihəsini elan etdi
Trampın Paşinyana dəstəyi Ermənistanda seçki gündəmini dəyişdi
Ermənistanın paytaxtı İrəvanın mərkəzi Respublika meydanında “Qarabağ” mahnısının Güney azərbaycanlılar tərəfindən səsləndirilməsi ətrafında erməni “şərhləri” davam edir.
Erməni politoloq Argişti Kiviryan bu mahnının səslənməsi ilə Azərbaycan liderinin Ermənistanda faşizm olması barədə sözlərinin üst-üstə düşməsini “təsadüfi” saymayıb.
Buna baxmayaraq, bu məqamda ermənilərin faşist kimi göründüyünü də etiraf edib: “İlham Əliyevə bu ritorikanı inkişaf etdirməyə imkan verəcək vəziyyət yaranıb. Mən istisna etmirəm ki, azərbaycanlılara müxtəlif səbəblər verilir. Baxmayaraq ki, müharibəyə başlamaq üçün onlara böyük ölçüdə səbəblər lazımdır, ancaq bu, (“Qarabağ” mahnısına ermənilərin reaksiyası – red.) effekti artırır. Türkiyə və Azərbaycanın əhatəsində olan, hakimiyyətdə Paşinyanın olduğu Ermənistan cəmiyyəti tələyə düşməmək üçün diqqətli olmalıdır. Mən təsadüflərə inanmıram”.
O bildirib ki, təxminən eyni şey 2018-ci ildə hakimiyyət gümüş nimçədə Nikol Paşinyana təhvil verilərkən də yaşanıb: “Hakimiyyəti təslim edənlər başa düşdülər ki, 2016-cı ildən bəri masada iki məsələ var - 5 rayonun qaytarılması, ya da müharibə. Hakimiyyətin təhvil verilməsindən sonra müxtəlif platformalarda Paşinyanın torpaqları təhvil verməyə gəldiyi barədə bəyanatlar səsləndirildi. Hər şey elə edildi ki, Paşinyan 5 rayonu “təslim etmək” (qaytarmaq – red.) haqqında düşünməsin və o da müharibəni seçdi. Eyni zamanda, Paşinyan bunu qismən etiraf etdi və belə bir seçim Qarabağın itirilməsinə və çoxsaylı qurbanlara səbəb oldu. Amma bu, Paşinyana haqq qazandırmır, çünki ölkə rəhbərliyini üzərinizə götürürsünüzsə, deməli, məsuliyyət daşıyırsınız. Paşinyan bunu inadla qəbul etmir. 44 günlük müharibədə məğlubiyyətin tam məsuliyyətini məhz o daşıyır. Əgər bunu edə bilməzsənsə, istefa verməli idin”.
Qeyd edək ki, Ermənistan MTX-nin məlumatına görə, Respublika meydanında “Qarabağ” mahnısını oxuyanlar 30 dekabr 2024-3 yanvar 2025-ci il tarixlərində İrəvanda olan İran vətəndaşları, Güney azərbaycanlılardır. Bu ifanı xüsusi statusla paylaşan Qərib Babayana qarşı “nifrət, ayrı-seçkilik, dözümsüzlük və düşmənçiliyin qızışdırılması” ittihamı irəli sürülsə də, o, həbs olunmayıb və polis nəzarətinə verilib.
İrəvanın mərkəzində “Qarabağ” mahnısını ifa edənlərdən biri – Milard Vahidini isə 1 fevralda tamamilə başqa ittihamla, şərləyərək həbs ediblər. Guya o, İrəvanda ictimai nəqliyyatda asayişi pozub və bir neçə ermənini döyüb.