
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
Belarusda 52 məhkum əfv edildi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
ABŞ prezidenti Donald Trampın Danimarkanın muxtar bölgəsi olan Qrenlandiyanı almaq planına cavab olaraq, “Kaliforniyanın Danimarka ərazisi” olması üçün kampaniya başlayıb. Danimarkalıların başlatdığı kampaniyaya 200 minə yaxın insan imza atıb.
Kampaniya ilə bağlı “Danimarkalaşma” (Denmarkification) adlı internet saytında açıqlama verilib.
Açıqlamada deyilir ki, kampaniya Trampın Qrenlandiyanı almaq planına cavab olaraq Kaliforniya ştatını ABŞ-dan alıb Danimarka ərazisinə çevirmək məqsədi daşıyır.
Açıqlamada Respublikaçı Trampın Demokratların qalası olan Kaliforniyanı sevmədiyi mesajı verilib və “Tramp Kaliforniyanın ən böyük pərəstişkarı deyil. Əminik ki, o, məqbul qiymətə ondan imtina etməyə hazır olacaq”, – qeyd edilib.
Açıqlamada Trampın ağlına gələn hər şeyi edə biləcəyi və vətəndaşların ritorikasının onu “dayandıra bilməyəcəyi” vurğulanıb və əlavə edilib: “Tramp Kaliforniyanı satmaq istəyirsə, onu ala bilərik”.
Bəyanatda ABŞ-dakı mübahisəli məsələlərə də toxunularaq, Kaliforniyada qanunun aliliyi, universal səhiyyə və faktlara əsaslanan siyasətin üstünlük təşkil edə biləcəyi təklif edilir.
Açıqlamada Kaliforniyanın isti və günəşli iqlimi, texnoloji üstünlük təşkil etməsi, avokado istehsalı, azadlığı və ölkənin ən məşhur əyləncə parklarından biri olan Disneylendə ev sahibliyi etməsi kimi səbəblər sıralanıb və dövlətin satın alınacağı təqdirdə Disneylandın danimarkalı yazıçı Hans Kristian Andersenin şərəfinə “Andersenland” adlandırılacağı qeyd edilib.
“Biz hətta müqaviləni şirinləşdirmək üçün ömür boyu Danimarka xəmir işləri də verəcəyik”, - bəyanatda deyilir.
23 dekabr 2024-cü ildə Tramp, “Truth Social” hesabında paylaşdığı bir yazıda Qrenlandiyanın ölkəsinin nəzarəti altında olması barədə ritorikasını təkrarladı və adaya nəzarət etməyin “mütləq zərurət” olduğunu bildirib.
ABŞ prezidenti Trampın bu sözləri bir çox qrupların, xüsusilə Qrenlandiya rəsmilərinin reaksiyasına səbəb olub.
Qrenlandiyanın baş naziri Mute Burup Egede, “Qrenlandiya Qrenlandiya xalqına məxsusdur. Biz satılmamışıq və heç vaxt da satılmayacağıq. Uzun müddətdir davam edən azadlıq mübarizəmizi itirməyəcəyik”, – deyib.
Farer adaları və Danimarka Krallığının iki muxtar bölgəsindən biri olan Qrenlandiya, bağlı olduğu Danimarkadan 2900 kilometr aralıda yerləşir.