
Tramp–Mask münasibətləri və “Amerika Partiyası”
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Bir dostluğun anatomiyası, bir ayrılığın təhlili və yeni yaranan suallar
Respublikaçıların elektoratını parçalayan “Amerika Partiyası” ABŞ siyasətində nələri dəyişə bilər?
Mişel Obama boşanma dedi-qodularını alovlandırdı
Avropa müdafiəsi ABŞ-a əmanət edilir?
Vaxt.az təhlil edir: Qərbin illərlə qurduğu texnoloji üstünlük necə əlindən çıxdı?
Silahlanma, nüvə proqramı, siyasi yaxınlaşma və Husi hücumları yeni müharibənin siqnallarıdır
ABŞ-Çin qarşıdurması yeni mərhələyə keçir
NASA-nın başına İlon Maskın “dava etdiyi” nazir gətirildi
ABŞ-ın mis vergisində geri addım ata biləcəyi ehtimal edilir ...
Tramp: “Rusiyaya dair mühüm açıqlama verəcəyəm”
Tramp bir çox ölkəyə 15–20 faiz ümumi gömrük vergisini təsdiqləyəcək
Trampın tarif qərarı qəhvə bazarını silkələdi
“Goldman Sachs”: “Yenidən riskli valyutaya çevrilə bilər”
Tramp: “Bizimlə əməkdaşlıq etmək əvəzinə qarşılıq verməyi seçdilər”
İnvestorlar arasında ciddi narahatlıqlar yaranıb
Trampın “BRICS” qorxusu gərginlik yaratdı
Dünyanın ən varlı adamı, ABŞ milyarderi və Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) direktoru İlon Mask, “The New York Times” (NYT) və “The Associated Press” (AP) qəzetlərini hədəfə alaraq, “hökumət daxilində on milyonlarla lazımsız media və proqram abunəsi olduğunu" bildirdi.
Mask, ABŞ-da video oyun istehsalçısı “Zynga”nın qurucusu Mark Pinkus “X” hesabında, “Artıq DOGE-nin gedişatını gündəlik olaraq izləyə biləcəyik. NYT üçün 40 milyon dollar görürük, bu da heç bir endirim olmadan 800 min abunə deməkdir. AP üçün 20 milyon dolların nə alacağı belə bəlli deyil, çünki onlar pulsuz xəbər xidmətidir”, – yazıb.
Mask Pinkusa “Bəli, bu çılğınlıqdır. Mənim təxmini hesablamama görə, hökumətdə on milyonlarla media və proqram təminatı abunəsi lazımsızdır”, – cavabını verib.
***
Pinkus, mesajında DOGE-nin fəaliyyətlərini izlədiyi güman edilən “doge-tracker.com” saytına istinad edib və paylaşdığı ekran görüntüsünə aşağıdakı məlumatları daxil edib: “Federal Aviasiya Administrasiyası (FAA) müxtəliflik, kapital və daxilolma (DEI) müqavilələri üçün 45,18 milyon, Birmada USAİD layihələri üçün 45 milyon, çox az istifadə olunan kirayələr üçün 44,6 milyon, Daxili Təhlükəsizlik Nazirliyinin DEİ müqaviləsi 43,27 milyon, NYT abunəlik 40 milyon, Xəzinə Nazirliyi DEİ müqaviləsi 35,89 milyon, ABŞ dolları Rəqəmsal Modernləşdirmə Proqramının idarə edilməsi üzrə iş sifarişi 23 milyon, AP abunəlik 20 milyon, Təhsil Nazirliyi DEİ təhsil qrantı 15 milyon, Əmək Nazirliyi DEİ müqaviləsi 9.68 milyon dolları”.
ABŞ prezidenti Donald Tramp yanvarın 21-də vəzifəsinin icrasına başladıqdan dərhal sonra xarici yardım haqqında fərman imzalayıb.
Sərəncamda ABŞ-ın xarici inkişafa yardım proqramlarına cavabdeh olan bütün nazirlik və agentliklərin xarici ölkələrə ödənişlərini kəsəcəyi və proqramın ABŞ-ın xarici siyasətinə uyğunluğunun qiymətləndirilməsi üçün 90 günlük araşdırma müddətinin başlandığı qeyd edilib.
ABŞ Dövlət Departamenti də yanvarın 27-də Departament və Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən bütün xarici yardımların dayandırıldığını açıqlayıb.
Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask da USAİD menecerləri ilə bağlı problemlərə görə işçilərin “inzibati məzuniyyətə buraxıldığını” açıqlayıb. Agentliyin sosial media hesabları da bağlanıb.
Daha sonra prezident Tramp və Mask USAİD-in bağlanması barədə bəyanatlar verdilər.
“The Associated Press” (AP) xəbər agentliyinə və “The New York Times” (NYT) qəzetinə edilən abunə ödənişlərinə reaksiya verən Mask, AP-yə edilən ödənişi “vergi ödəyicisinin pullarının israfı” adlandırıb və NYT-yə edilən ödənişlə bağlı, “NYT hökumət tərəfindən maliyyələşdirilən bir qəzetdir”, – deyib.