
Ukrayna müharibəsi poliqona dönüb
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Xarici müdafiə şirkətləri silahlarını real döyüşdə sınaqdan keçirəcək
Medvedevdən Qərbə hücum təhdidi
Kim kiminlədir və Azərbaycan haradadır?
“Axıra qədər müharibəyə hazırlaşır”
Açıq mənbə kodlu modellər böyük maraq doğurur
Çipin üstündəki gözlər
Demokrat sələfinin 4 ildə etdiyini, Respublikaçı lider 5 ayda bacardı
Tramp dələduz adlandırdığı ermənipərəst konqresmeni biabır etdi
“Patriot”lar, casus uçuşları və Trampın Putinə mesajı
Tramp: “ABŞ ödənişi alacaq”
Putin müharibəyə fasilə verməmək üçün atəşkəsə razılaşmır
Ukraynaya dəstək üçün “yumşaq əllər cibə” çağırışı
ABŞ prezidenti 92 milyard dollardan çox investisiya ediləcəyini açıqladı
Yaxud Tramp və Ukrayna labirinti
Statistik artım, real zəiflik – deflyasiyanın kölgəsində nikbin proqnozlar
MKİ Kennedini öldürən Ozvald haqqında illərlə yalan danışıb
Peskov Trampla Putinin telefon danışığını “nə təsdiq, nə də təkzib” edə bilir.
ABŞ prezidenti Donald Tramp “The New York Post” qəzetinə verdiyi müsahibəsində Rusiya prezidenti Vladimir Putinlə Ukraynadakı münaqişənin həlli ilə bağlı telefon danışığı apardığını bildirib. O, həmçinin telefon danışığının nəticəsi kimi Rusiya ilə Ukrayna arasında döyüşlərin tezliklə dayandırılacağına ümid etdiyini ifadə edib.
Amma üstündən artıq müəyyən vaxt keçməsinə baxmayaraq bu telefon söhbətinin baş tutması barədə Rusiya tərəfindən nə təsdiq, nə də təkzib verilib. Siyasi dairələr Trampın qəzetə verdiyi müsahibədəki bu məlumatı anlaşılmazlıqla qarşılayıb. Həqiqətən bu mümkün olan bir hadisə kimi görünmür. Telefon danışığı baş tutubsa, Tramp tərəfindən Rusiya üçün çətin şərtlər ortalığa qoyulsaydı belə Kreml hadisənin baş verdiyini təsdiq edərdi. Amma indiki halda Rusiya Prezidenti administrasiyası Tramp-Putin söhbətini nə “təsdiq nə də təkzib edə” bilmir.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “The New York Post”un Putinlə Tramp arasında Ukraynadakı müharibə ilə bağlı telefon danışığına dair xəbərini “nə təsdiq edə, nə də təkzib edə biləcəyini ” deyib.
Peskov həmçinin qeyd edib ki, Moskva ilə Vaşinqton arasında kommunikasiyalar müxtəlif kanallar vasitəsilə baş verir.
ABŞ prezidenti Donald Tramp “New York Post” tabloidinə müsahibəsində telefonla Putinlə Ukraynadakı müharibəni müzakirə etdiyini bildirib. Lakin o, Putinlə bu söhbətin nə vaxt və neçə dəfə baş verdiyini dəqiqləşdirməyib və “Mən susmağı üstün tuturam” cavabını verib.
Tramp iddia edir ki, Putin “insanların ölməsini dayandırmasını istəyir”.
ABŞ prezidenti eyni zamanda Ukraynada müharibəyə son qoymaq üçün “konkret plan”ının olduğunu bir daha vurğulayıb.
Ortalığa çox maraqlı suallar çıxır. Tramp həqiqətən Putinlə danışıbmı? Yaxud ABŞ və Rusiya Prezident administrasiyaları arasında gedən danışıqları Tramp özünün Putinlə telefon danışığı kimi qələmə verib?
İstənilən halda burada bir anlaşılmazlıq var.