
Nazilənin dərin xülyaları
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Ermənistan baş naziri ilə mətbuat katibi 24 saat fərqlə bir-birini təkzib etdi
Müstəqillik dövründə ilk dəfə ...
Azərbaycan Ermənistanla ticarət tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırdı
Qazaxıstanlı musiqiçilər Azərbaycan prezidentinin şərəfinə Müslim Maqomayevin mahnısını ifa etdilər
... Cənubi Qafqazda sabitliyə təhdid
İrqçilik kökünə işləyən Kobaxidzenin islamafobiyadan da əziyyət çəkirmiş
İki ölkə arasındakı sülh bir referenduma bağlıdır
Ravvinləri Bakıya dəvət edib-etməməyi mollalardan soruşmalıyıq?
Yaxud Cənubi Qafqazın yeni parametrlərinə hazırlıq
Zəngəzur dəhlizinin praktiki müstəvidə icrasına qədər detallar açıqlanmaya bilər
İndi elə bir dövrdə yaşayırıq ki, artıq şər qüvvələr maskalanmağa ehtiyac duymurlar...
Bakı ən azı texniki xarakterli razılıq əldə etmək üçün görüşlərin təşkilinə səy göstərir
Putinin bizə qarşı qisasçı, xain davranışları nə vaxta qədər davam edə bilər?
Rusiya ABŞ-da imzalanan müqaviləyə mane olmaq istəyir
Türkiyə TDT-nın irəli sıçraması üçün bir an öncə hərəkətə keçməlidir
Proses hara gedir, Azərbaycan nə istəyir?
Ermənistanın baş naziri Nikol Paşinyanı sülh sazişinin imzalanması üçün Konstitusiyada zəruri dəyişikliyə necə vadar etmək olar? Rəsmi Bakı “Milli Təhlükəsizlik Konsepsiyası”na və “Hərbi doktrina”ya dəyişikliklər edəcəyini və həmin sənədlərə Qərbi Zəngəzurun tarixi Azərbaycan torpağı olduğunu və buna uyğun siyasət aparacağı bəndini əlavə edəcəyinin anonsunu verməlidir. Parlamentdə bu müzakirəyə çıxarıla bilər. Bu halda Paşinyan anlamalı olacaq ki, əgər Konstitusiyadan Azərbaycan ərazisinə iddia edilən bəndi qısa müddətdə çıxarmasa, rəsmi Bakı da iki vacib dövlət sənədinə Qərbi Azərbaycanla bağlı bənd əlavə edəcək. Paşinyan bunu istəmirsə, Ermənistan Konstitusiyasında zəruri dəyişikliyi sürətləndirməli olacaq.
Ümumiyyətlə Azərbaycanın “Milli Təhlükəsizlik Konsepsiyası”nda və “Hərbi doktrinası”nda başqa zəruri dəyişikliklərə də ehtiyac var. Hər iki sənədin ana maddələrini işğal altındakı torpaqların azad olunması təşkil edir. Biz bu məsələni həll etmişik, həmin bəndlərə daha ehtiyac yoxdur. Misal üçün bəndlərdən birində belə yazılıb: “Ölkənin sürətlə inkişaf edən iqtisadiyyatında aparılan islahatlara və əldə edilən mühüm nailiyyətlərə baxmayaraq, Ermənistanın Azərbaycan Respublikasına qarşı təcavüzü ciddi siyasi və sosial çətinliklər yaradır. Bu problem Azərbaycan Respublikasının milli maraqlarına qarşı ən ciddi təhdiddir və regiondan kənara da öz təsirini göstərməkdədir”. Bu bəndə artıq ehtiyac yoxdur. Və ya ATƏT-lə bağlı belə bəndlər var: “Azərbaycan Respublikası ona qarşı təcavüzün və ərazisinin bir hissəsinin işğalının nəticələrini aradan qaldırmaq üçün münaqişənin ATƏT-in Minsk Qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasının tərəfdarı olmaqda davam edir”, “Ermənistan-Azərbaycan münaqişəsinin həll edilməsində oynadığı rol baxımından ATƏT-lə əməkdaşlıq Azərbaycan Respublikasının xarici siyasətində xüsusi yer tutur”. Bu gün nə ATƏT-in özünün, nə də Minsk Qrupunun Azərbaycan üçün aktuallığı mövcuddur. Sənədlərdə bu bəndlərin əvəzinə bölgədə yaranan yeni durumu əks etdirən müddəalar əks olunmalıdır. Türkiyənin Azərbaycanla strateji müttəfiqliyi və “Şuşa bəyannaməsi”ndən irəli gələn vəzifələrin vurğulanmasına ehtiyac var.