
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
Rusiya PUA-sı Rumıniyanın hava məkanını pozub
Polşa əsgərlərinə Ukraynada PUA təlimi
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
Rusiya PUA hücumu ilə Polşa ilə Ukrayna arasında gərginlikdə saxlamaq istəyir
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Von der Leyen Rusiyaya yeni sanksiyalar və Ukrayna üçün kredit planını açıqladı
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-ın müdafiə naziri Pit Heqset NATO çərçivəsində toplanan Ukrayna Müdafiə Təmas Qrupunda açıqlama verib. Heqset Rusiya-Ukrayna müharibəsindən tutmuş Çinlə münasibətlərə qədər bir çox kritik mövzuda qiymətləndirmələr aparıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset NATO-nun mənzil-qərargahında Ukrayna Müdafiə Təmas Qrupunun iclasında iştirak edib. Görüşdən sonra Heqset rəsmilərə ABŞ-ın siyasəti haqqında məlumat verib və Ukrayna-Rusiya müharibəsinin gələcəyi ilə bağlı mühüm qiymətləndirmələr edib. Ukraynanın 2014-cü il sərhədlərinə qayıtmasının qeyri-real olduğunu ifadə edən Heqset, Rusiyanın enerji gəlirlərinə qarşı sanksiyalar tətbiq edə biləcəklərinə işarə edib.
2014-cü ildə baş verən siyasi böhrandan sonra Ukraynanın şərqindəki Donbas bölgəsi rusiyayönlü qrupların nəzarətinə keçib. Tarixdə “Donbas müharibəsi” kimi tanınan münaqişə 2014-cü ildən davam etsə də, Heqsetin açıqlamalarına görə, Ukraynanın Donbası geri alması çətin görünür.
Heqset Ukrayna-Rusiya Müharibəsini də uzun-uzadı dəyərləndirərək, “Ukraynanın 2014-cü il sərhədlərinə qaytarılması real məqsəd deyil. Bu hədəfə nail olmaq yanıltıcıdır və müharibəni uzatmaqdan başqa bir şey deyil. Döyüş meydanındakı reallığı nəzərə almalıyıq. Prezident Trampın da irəli sürdüyü yanaşma hər iki tərəfi sülh masasına qoymaqdır”, – deyib.
Digər tərəfdən, Heqset müharibədən sonra Ukraynanın təhlükəsizliyinin necə təmin olunacağına da toxunub: “Müharibənin yenidən başlamasının qarşısını almaq üçün Ukraynaya təhlükəsizlik təminatları verilməlidir. Bununla belə, ABŞ-ın fikrincə, Ukraynanın NATO-ya üzvlüyü real yanaşma olmazdı. Bunun əvəzinə Ukraynada kifayət qədər gücə malik Avropa və qeyri-Avropa orduları yerləşdirilə bilər və bu, NATO-nun vəzifəsi olmazdı”.
ABŞ Müdafiə naziri Rusiyanı sülh masasına gətirmək üçün enerji gəlirlərinin azaldılması lazım olduğunu ifadə edərək, “Rusiyanı sülh masasına gətirmək üçün bu döyüş maşını qidalandıran enerjinin qiymətlərini aşağı salmalıyıq. Prezident Tramp enerji istehsalını artıracaq və bunu hər kəsə tövsiyə edirik”, – deyib.
Nəhayət, Heqset ABŞ-ın xarici siyasətinin prioritetlərini qiymətləndirdi. ABŞ-ın əsas diqqətinin Sakit okean olduğunu vurğulayan nazir, “Strateji reallıqlar ABŞ-ın öz ölkəmizdəki təhdidlərə diqqət yetirməsinə mane olur”, – deyib.