Hədəyə hədə ilə cavab
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
20:16 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 199 dəfə baxılıb
Şriftin ölçüsü
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
Ukraynanın İsveçdən almağa hazırlaşdığı 150 hərbi təyyarənin özəllikləri
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Fransa müdafiə büdcəsini rekord səviyyəyə qaldırır
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Planlaşdırılan Budapeşt görüşü siyasi parçalanma yaratdı
NATO-nun baş katibi Mark Rutt Ukrayna müharibəsinin bitməsi və Ukraynaya veriləcək təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalar verib.
Baş katib Ukraynanın NATO-ya üzvlüyünün sülh danışıqlarının bir hissəsi olacağına dair heç bir öhdəlik götürmədiklərini və Ukraynanın danışıqlara ən sərt mövqedən başlamalı olduğunu bildirib.
Digər tərəfdən, Rutt Rusiya prezidenti Vladimir Putinin Qərbin bir olduğunu anlamalı olduğunu vurğulayaraq, NATO-nun bu məsələdəki rolunu vurğulayıb: “NATO-nun məsuliyyətinin əsas hissəsi Kanada və Avropanın üzərinə düşəcək”, – deyən rəsmi ABŞ-ın müdafiə naziri Pit Heqsetin Avropanı müdafiəyə daha çox pul xərcləməsi çağırışını təkrarlayıb.
Heqset həmçinin ABŞ-ın diqqətini Sakit Okean və Çinə yönəldəcəyini bildirib və bu onların artıq Avropanın təhlükəsizliyinə görə məsuliyyət daşımadığını bildirib. Rutt Ukrayna ilə bağlı ABŞ-la məsləhətləşdiklərini də bildirib.
***
ABŞ-ın müdafiə naziri mətbuat konfransında açıqlama verib. ABŞ prezidenti Donald Trampın “Gəlin Amerikanı yenidən möhtəşəm edək”. (MAGA) şüarını NATO-ya uyğunlaşdıran Heqset, “Gəlin NATO-nu yenidən möhtəşəm edək”, – deyib.
Heqset bir daha vurğulayıb ki, Avropa NATO-nun daha güclü olması üçün daha çox töhfə verməlidir.