İran müharibəsində qazanan İslamabaddır
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
22:46 | 13 fevral 2025 | Cümə axşamı
Məqaləyə 308 dəfə baxılıb
Şriftin ölçüsü
Pakistan Vaşinqton–Tehran danışıqlarında vasitəçi rolunu gücləndirdi
Tramp hücuma hazırlaşır
Ankara–İslamabad xətti...
“Onlar bizim yanımızda deyilsə, biz niyə onların yanında olaq?”
İranda kimin hakimiyyətdə olacağı Vaşinqtonu maraqlandırmır – təki anlaşsınlar
Boğaz yaxınlığındakı raket mövqelərinə bomba yağdı
Onillər boyu iyerarxik pillələri addım-addım qalxmış yüksək rütbəli hərbçiləri və siyasətçiləri əvəzləmək çətindir
Bakı-Ankara-Tehran uzlaşması ABŞ-ın regiona baxışını dəyişər
Siyasi etikadan uzaq insan 86 milyonu təmsil edə bilərmi?
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Yunanıstanın müdafiə naziri Nikos Dendias ötən gün Vaşinqtonda keçirilən 6-cı Cənub-Şərqi Avropa və Şərqi Aralıq dənizi konfransında Türkiyə ilə bağlı qalmaqallı açıqlamalar verib.
Türkiyə ilə Avropa Raket Konsorsiumu (MBDA) arasında METEOR raketləri ilə bağlı davam edən danışıqlar, aviasiya nəhəngi “Piaggio Aerospace”in Türkiyənin müdafiə sənayesi şirkəti “Baykar”a satılması və Türkiyə ilə Avropa arasında əlaqələrin gücləndirilməsi günlərdir Yunanıstanda əsas gündəm mövzuları olub.
Yunan baş nazir Kiriakos Mitsotakis Fransa prezidenti Emmanuel Makronla iki görüş keçirərək “Meteor” raketlərinin Türkiyəyə satılmamasını istəyib. Lakin Yunanıstan mətbuatında yer alan xəbərlərə görə, o, nə Brüsseldə, nə də Parisdə aparılan danışıqlarda istədiyini əldə edə bilməyib.
“Piaggio Aerospace”in “Baykar”a satılmasından əsəbiləşən və İtaliyaya qarşı rəsmi etiraz bildirməyə hazırlaşan Afina ABŞ-da da lobbiçilik fəaliyyətini gücləndirib.
“Hürriyet” qəzetinin Afina təmsilçisi Yorqo Kırbakinin verdiyi xəbərə görə, prezident Donald Trampa yaxınlaşmaq üçün yollar axtaran Yunanıstan ABŞ-ın güclü lobbi və kommunikasiya şirkətlərindən “Barbour”, “Griffith & Rogers” (BGR) ilə razılığa gəlib. Razılaşmaya qədər olan müddətdə – noyabrın 5-də ABŞ-da keçirilən prezident seçkilərində Respublikaçıların qələbəsi, prezident Trampın prezident Tayyib Ərdoğanı tərifləməsi, türk düşməni olan ABŞ senatoru Bob Menendezin rüşvət və korrupsiyaya görə 11 illik həbs cəzası kimi vəziyyətlər Afinanı “dəstək” axtarmağa vadar edib. Bu çərçivədə ABŞ-ın Respublikaçılara yaxınlığı ilə tanınan lobbiçilik şirkəti BGR ilə razılıq əldə olunub.
Yunanıstanın müdafiə naziri Nikos Dendias Vaşinqtonda keçirilən konfransındakıaçıqlamaları ilə həddini aşıb.
Yunanıstanlı nazir çıxışında Türkiyənin adını çəkməsə də, qalmaqallı bəyanatın hədəfinin Ankara olduğu açıq-aydın görünüb. Bu gün Yunanıstan mətbuatında çıxan xəbərlərdə Dendiasın açıqlamaları “Dendias: ABŞ Yunanıstan və Türkiyə arasında seçim etməlidir” və “Dendiasdan Türkiyəyə ardıcıl mesajlar” başlıqları ilə işıqlandırılıb.
Açıqlamasında ad çəkmədən Türkiyə ilə Yunanıstanı müqayisə edən Dendias Türkiyə ilə bağlı “Bizim bölgədən iki fərqli misal çəkəcəyəm. Birinci ölkə NATO üzvü olmasına baxmayaraq Rusiya ilə əlaqələrini davam etdirir. İsrailin düşməni beynəlxalq səviyyədə tanınan sərhədləri sıxışdırır. Bu, tam bir qeyri-sabitlik mənbəyidir. İkinci ölkə beynəlxalq hüquq və beynəlxalq hüquq normalarının müdafiəçisidir, beynəlxalq hüquq normalarına söykənir demokratik dəyərlərə uyğundur və müasir Avropa Birliyinin üzvüdür”, – kimi əlaqəsiz müqayisə aparıb.
Yunanıstanın İkinci Dünya Müharibəsində Müttəfiqlərlə birlikdə döyüşərkən əhalisinin 10 faizini itirdiyini xatırladan Denidas ABŞ-ın Türkiyə ilə Yunanıstan arasında seçim etməsini təklif edib.