
Ukraynalı uşaqlar qaytarılmalıdır
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Əli Şəmxaninin qızının toy qalmaqalı və Rusiya mediasının səssizliyi
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
USQ Rusiyadakı strateji kimya zavodunu “Storm Shadow” ilə hədəf aldı
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Avropanın mərkəzində müharibə qorxusu
Ukrayna ordusunda çinlilər də döyüşür
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
ABŞ prezidenti Donald Tramp bildirib ki, o, Rusiya və Çinlə “nüvə silahlarının azaldılması” danışıqlarına başlamaq və hər üç ölkənin müdafiə xərclərini yarıya qədər azaltmasını istəyir.
ABŞ prezidenti Tramp bu sözləri Oval kabinetdə keçirilən imza mərasimində gündəmə dair dəyərləndirmələr edərkən deyib.
Nüvə silahlarına nəzarətlə bağlı Rusiya və Çinlə danışıqlara hazır olduğuna eyham vuran Tramp, "Yeni nüvə silahları yaratmağımız üçün heç bir səbəb yoxdur, onsuz da çoxlu nüvə silahımız var. Siz dünyanı 50 dəfə, 100 dəfə məhv edə bilərsiniz. Biz yeni nüvə silahları yaradırıq, onlar da”, – deyib.
ABŞ, Rusiya və Çinin müdafiə xərclərini yarıya endirəcəklərinə ümid etdiyini ifadə edən Tramp, “Biz hamımız burada müdafiəyə çox pul xərcləyirik, hansı ki, daha məhsuldar olacaq başqa şeylərə xərcləyə bilərik”.
Tramp bildirib ki, bu iki ölkədə “hər şeyi yoluna qoyduqdan sonra” Yaxın Şərq və Ukrayna ilə nüvə danışıqlarına girməyi nəzərdən keçirəcək.
Nüvə tərksilahına yanaşması ilə bağlı ABŞ prezidenti, “Mənim istədiyim ilk danışıqlar Çin prezidenti Si Cinpin və Rusiya prezidenti Vladimir Putinlədir. Mən onlara demək istəyirəm: Gəlin hərbi büdcəmizi yarıyadək azaldaq”, – deyib.
Bu ölkələrin liderləri ilə üçtərəfli sammitin gündəmdə olub-olmayacağı ilə bağlı sualı cavablandıran Tramp Putin və Cinpinlə üçtərəfli sammitin keçirilməsinə açıq olduğunu bildirib.
“Mən gedəndə Yaxın Şərqlə bağlı heç bir problemimiz yox idi. Ukraynaya daxil olan Rusiya yox idi və Putin bunu heç vaxt etməzdi. Mən qayıdanda sanki bütün dünya partlamışdı”. Tramp bu sözlərlə, prioritetinin Rusiya-Ukrayna müharibəsini bitirmək olduğunu qeyd edib.