vaxtlı-vaxtında oxuyun! Çərşənbə, 12 mart 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Mirzə Fətəli Axundzadə (1812 - 1878)

«Əsil əxlaqlı, xeyirxah adam bütün hərəkət və davranışlarını vətənpərvərliklə uyğunlaşdırar»

Mirzə Fətəli Axundzadə (1812 - 1878)
REGİON  
17:52 | 14 fevral 2025 | Cümə Məqaləyə 113 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

“İsrail İranı vuracaq”

ABŞ kəşfiyyatı qaçılmaz hücumu proqnozlaşdırıb

FATEH

ABŞ kəşfiyyatının məlumatına görə, İsrail tərəfindən İranın zəifləyən nüfuzundan istifadə edərək nüvə obyektlərinə bir neçə ay ərzində hücum edəcək. Yayılan bu xəbərlərdən sonra Tehran İsrailin hücumuna məruz qalacağı təqdirdə yeni nüvə obyektləri tikəcəyi ilə hədələyib.

İran prezidenti Məsud Pezeşkian ölkənin cənubundakı Buşehr nüvə obyektindən danışarkən deyib: “Nüvə obyektlərini bombalayacaqları ilə bizi hədələyirlər. Yüz nəfəri bombalasan, biz də min dənə tikəcəyik. Bina və obyektləri bombalaya bilərsən, amma onları tikənləri bombalaya bilməzsən”.

“Əgər siz yüz (nüvə obyekti) məhv etsəniz, uşaqlarımız min inşa edəcək”, - Pezeşkian vurğulayıb.

ABŞ kəşfiyyat xidmətlərinə istinadən ABŞ qəzetləri İsrailin “2025-ci ilin birinci yarısında Fordo və Natanz uran zənginləşdirmə obyektlərinə hücuma cəhd edəcəyini” yazıb.

“Hücum üçün iki mümkün variant var . Onların hər biri üçün ABŞ-ın havadan yanacaq doldurma, kəşfiyyat, müşahidə kimi yardımları olmalıdır”, – deyə Pezeşkian bildirib. Kəşfiyyatın qiymətləndirmələrinə görə, hücum İranın nüvə proqramını müvəqqəti olaraq poza bilər, lakin regional gərginliyi əhəmiyyətli dərəcədə artıracaq.