vaxtlı-vaxtında oxuyun! Şənbə, 20 aprel 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Dil uğrunda mübarizə millətin son - ölməmək mübarizəsidir»

Əbülfəz Elçibəy (1938 - 2000)
SİNEMA-ZAL  
02:59 | 31 dekabr 2012 | Bazar ertəsi Məqaləyə 3384 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Bakıda Avropa Film Festivalı

Festival çərçivəsində ictimaiyyətə müasir Avropa filmləri təqdim olunacaq

MÖVZU İLƏ ƏLAQƏLİ

«Park Cinema» kinoteatrı və Avropa İttifaqı Nümayəndəliyi Avropa Film Festivalının açılışını elan etdilər. ANS PRESS-in məlumatına görə, 4-10 oktyabr tarixlərində Bakıda təşkil olunacaq Avropa Film Festivalına həsr olunan mətbuat konfransı və açılış mərasimi keçirilib. Mətbuat konfransında Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Roland Kobia, «Park Cinema» kinoteatrının rəhbəri Namiq Quliyev və litvalı kinorejissor Alqimantas Puipa iştirak ediblər.

Roland Kobia çıxışında Avropa Birliyinin Azərbaycanla mədəni əlaqələrə çox böyük önəm verdiyini bildirib: «Bu festival nə siyasət, nə də iqtisadiyyatdan bəhs etmir. Burada yalnız söhbət mədəniyyətdən gedir».
Azərbaycana ilk dəfə gəldiyini deyən litvalı rejissor Alqimantas Puipa festival çərçivəsində özünün filminin də nümayiş olunacağına sevindiyini bildirib. «Park Cinema» kinoteatrının rəhbəri Namiq Quliyev Avropa Film Festivalının AB-nin Azərbaycandakı nümayəndəliyi tərəfindən hər il Bakıda təşkil olunduğunu söyləyib. O, bildirib ki, festivalın keçirilməsində məqsəd Avropa Birliyi ölkələri ilə Azərbaycan arasındakı mədəni əlaqələri inkişaf etdirməkdir və Avropa dəyərləri haqda olan anlayışı daha da artırmaqdır.
Qeyd edək ki, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Avropa Birliyinə üzv dövlətlərin səfirlikləri, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi və «Park Cinema»nın təşkilatçılığı ilə keçirilən festival çərçivəsində Azərbaycan ictimaiyyətinə müasir Avropa filmləri təqdiM olunacaq.
Avropa Film Festivalının proqramına Avropa 14 dövlət və Azərbaycanda istehsal olunmuş 15 filmin nümayişi daxildir. Bu çərçivədə tamaşaçılara musiqili komediyadan (İsveçdən «Səsin Sədası»), emosional drama (İtaliyadan «Yenə Öp Məni»), psixoloji trillerdən (Britaniyadan «Kevin haqqında danışmalıyıq») tutmuş detektiv ssenarili filmədək (Belçikadan «Alsqeymer sindromu») geniş çeşidli janrlarda filmlər təqdim olunacaq.
Festivala Litva kino rejissoru Algimantas Puipa, Polşa kino rejissoru Rafael Levandovski, alman kino rejissoru Eva Blondiau fəxri qonaq qismində qatılıb. Filmlərdən sonra tamaşaçılara qonaqlarla interaktiv müzakirələrdə iştirak etmək şansı veriləcək. Azərbaycan ictimaiyyətinin geniş iştirakını təmin etmək üçün hər film 2 sessiyada nümayiş etdiriləcək və bütün filmlərə giriş pulsuz olacaq.