Beynəlxalq festivalda yenilik
«Eurovision» mahnı müsabiqəsinin qalib və iştirakçılarının qala-konserti keçirilib
MÖVZU İLƏ ƏLAQƏLİ
-
«İpək Yolu qlobal layihədir»
İlham Əliyev: «Bu təkcə şirkətləri, ölkələri yox, həm də insanları birləşdirəcək»
-
ABŞ-da «İpək yolu» dinləmələri
Dövlət Departamentinin rəsmisi: «Azərbaycan səfirliyi diskussiyaları düz vaxtında təşkil edib»
-
«İpək yolu» başa çatdı
«Festival Şəkinin mədəni həyatında çox mühüm hadisə oldu»
-
Pullu yollar müəyyənləşdirilir
«Nasosnı» - Sahil magistralı ödənişli ola bilər
Şəkidə bu il 5-ci dəfədir keçirilən Beynəlxalq «İpək Yolu» Festivalı türkdilli dövlətlərlə yanaşı digər ölkələrin də marağını qədim sənət mərkəzi olan Şəkiyə cəlb etməyi bacardı. 5 gündür davam edən musiqi bayramı başa çatıb. Amma qədim tarixə və gözəl təbiətə malik Şəkidə bu turistlərin cəlb edilməsi məqsədilə həyata keçirilən yeganə layihə deyil.
ANS TV-nin məlumatına görə, festivalın yekununda Hindistan, Çin, Türkiyə və Rusiyanın, rəqs və musiqi kollektivləri, eləcə də Azərbaycanın teatr, musiqi, rəqs və folklor kollektivləri bir-birindən maraqlı və rəngarəng konsert proqramlarını təqdim etdilər.
Musiqi bayramında «Eurovision» mahnı müsabiqəsinin qalib və iştirakçılarının qala-konserti isə festivalın yeniliyi oldu.
TÜRKSOY-a üzv ölkələrin rəssamlarının sərgisi də maraqla izlənildi. Türkdilli ölkələrin milli geyimlərindən ibarət hazırladığı moda sərgi də Azərbaycanda ilk dəfə, məhz bu möhtəşəm musiqi bayramında nümayiş olundu.
Festivalın təşkilat komitəsinin üzvü Dünyamin Xəlilovun sözlərinə görə, böyük zövqlə tərtib olunmuş bir proqram idi: «Burada çox geniş bir palitra vardı. «Eurovision» mahnı müsabiqəsinin iştirakçıları, Azərbaycan Dövlət Opera və Balet Teatrı, mahnı və rəqs ansamblları Rusiyanın San-Peterburq şəhərinin məşhur «Ermitra» simfonik orkestri, Azərbaycan Opera və Balet Teatrının solistləri. Birinci dəfə türkdilli xalqların geyim və musiqi defilesi keçirildi, fikir verirsiniz, palitra nə qədər genişdir.
Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov festivalın Şəkinin mədəni həyatında çox mühüm hadisə olduğunu dedi: «Bu festival qurtarandan sonra, iyulun 20-də Beynəlxalq Musiqi Festivalı keçiriləcək və sentyabrın 20-də şəhər gününü də biz MDB dövlətlərinin rəqs və musiqi festivalı ilə birgə keçirəcəyik».
Festivalın bağlanışına 12 dövlətin ölkəmizdəki diplomatları, Avropa Şurasının Bakı ofisinin rəhbəri və digər rəsmi qonaqlar qatılmışdı.