
Naxçıvanda gedişhaqqı qaldırıldı
MR rəsmiləri ehtiyat hissələrinin satışındakı qiymət artımını bəhanə edir
MR rəsmiləri ehtiyat hissələrinin satışındakı qiymət artımını bəhanə edir
Elton Məmmədovun 80 milyon dollarlıq mülkünü kim aldı?
Bakı Beynəlxalq Avtovağzalı Elton Məmmədovdan alındı, bu dəfə nazirliyə verildi
«Kompleksin əvvəlki rəhbərliyi də yenidən öz iş yerinə bərpa edilib»
İsveçdə Azərbaycanla bağlı korrupsiya səs-küyü qalxır
Ziya Məmmədov mütaliəyə başlayıb, Quranı təhlil edir
Nəqliyyat sektorunda yoxlamalar; Ziya Məmmədovun kardlarına son xəbərdarlıq
Rus mətbuatı Ziya Məmmədovun çobanyastığı falına dönən həbs ehtimalından yazdı
Stolunu çiçək dəstəsi ilə tərk edən tək nazir...
Ziya Məmmədovu hansı aqibət gözləyir?
Ziya Məmmədova bir dəstə gül verib yola saldılar
Sabiq müşavir mövzunun ictimailəşməsindən niyə qorxur? - Məhkəməyə sözardı
«Gözlənilir ki, apreldə islahatlar başlayacaq»
Azərbaycan kimi ölkələrə 12 nazirlik kifayətdir
Ekspertlər yeni yaradılan nazirlik haqda
Hələ kabinetini tərk etməyən Ziya Məmmədovun deputat qardaşının xəyalı
Azərbaycanda nəqliyyatın dayanıqlı inkişafının təmin edilməsi üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də ölkədə ödənişli yolların çəkilməsidir.
Nəqliyyat Nazirliyi «Azəryolservis» ASC-nin sədr müavini Vaqif Hacıyev APA-ya bildirib ki, artıq məsələ ilə bağlı yolların çəkilməsinə məsul olan «Azəryolservis» bir neçə yol layihəsinin variantını nəzərdə keçirir. Cəmiyyət eyni zamanda beynəlxalq təcrübəni də nəzərə alır.
Hazırda yaxın gələcəkdə ödəniş tətbiq ediləcək yollar sırasında Bakı-Quba yoluna alternativ çəkilən yeni Gəndob-Rusiya sərhədi yolunun 60 km-nin, «İpək Yolu»na (Bakı-Gürcüstan sərhədi) paralel çəkiləcək yolun, habelə Hacı Zeynalabdin Tağıyev qəsəbəsi («Nasosnı»)-Sahil avtomobil yolunun pullu olması variantı nəzərdən keçirilir.
Onun sözlərinə görə, ümumiyyətlə, yol külli miqdarda vəsait aparan işdir: «Xarici təcrübə göstərir ki, biz tikintilər üçün əlavə mənbələr tapmalıyıq. Bunlardan da biri tranzit yüklər və ya böyük marşrutlar üçün pullu yolların tikilməsidir. Amma işin bu tərəfinin bir neçə şərti var. Çünki hər ölkədə vəziyyət fərqlidir. Məsələn, belə yol üçün alternativ yolun olması, onun yaxın və ya uzaqlığı kimi məsələlər əsasında qərar qəbul edilir».
V.Hacıyev hesab edir ki, bu sahədə yeni qaydaları təkmilləşdirilməli və hazırlanmalıdır: «Bu mürəkkəb məsələdir. Hazırda bunun üzərində iş gedir. Nə vaxtsa belə yolun olmasını təmin etməyi düşünürük. Ödənişli yollar alternativ olan yollarda olacaq. O yolun bütün tələblərə cavab verməsi lazımdır. Məsələn, yolda qəza hadisəsi bu yolun ucbatından baş verərsə, bütün xərclər yolun boynunda qalacaq, o cümlədən yolun qorunması, saxlanması, yüksək səviyyədə təhlükəsizliyinin təmin edilməsi kimi məsələlər nəzərə alınmalıdır. Bu bir günün işi deyil».