vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Əbülfəz Elçibəy (1938 - 2000)

«Demokratiya bəzi xalqlara mənəvi qidadırsa, bizim üçün dərmandır»

Əbülfəz Elçibəy (1938 - 2000)
AMERİKA  
12:42 | 25 iyul 2014 | Cümə Məqaləyə 3096 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

ABŞ-ın sirli polis rəisi

FTB Azərbaycana tez-tez səfər edən şerifi niyə izləyirdi - (Məxfi sənədlər)

MÖVZU İLƏ ƏLAQƏLİ

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) Los-Anceles ştatının keçmiş şerifi Li Baka (Lee Baca) barədə uzun müddət məxfi araşdırma apardığına dair sənədlər açıqlanıb. Virtualaz.org saytı xəbər verir ki, FTB şerifin Azərbaycana və Ermənistana səfərlərini də izləyib və onun yerli məmurlar tərəfindən «ələ alına biləcəyini» ehtimal edib.

Şerif Li Bakaya qarşı gizli araşdırmaların aparıldığına dair məxfi sənədlərin üzə çıxması barədə «Los Angeles Times» qəzeti yazır.

Xəbərdə bildirilir ki, FTB şerifdən gizli olaraq Los-Anceles həbsxanalarında qəddarlıqlar və işğəncələrin verilməsinə dair iddiaları araşdırıb. FTB agentləri hesab ediblər ki, Li Baka və onun iki müavini araşdırmadan xəbər tutsalar, onu əngəlləyə bilərlər.

Federal agentlər FTB-nin qərargahına göndərdikləri sənəddə göstəriblər ki, şerif bundan əvvəlki təhqiqata mane olub.

FTB-nin gizli qeydlərində şerif L.Bakaya və onun iki müavininə qarşı çoxsaylı cinayət ittihamlarına dair şübhələr yer alır, lakin bu ittihamların heç biri cinayət işinin qaldırılması ilə nəticələnməyib. Bəziləri isə təsdiqlənmiş informasiyalara əsaslanıb.

Məxfi sənədlər FTB-nin şerif L.Bakaya etimadsızlığını nümayiş etdirir. Hətta sənədlərin birində göstərilir ki, şerifə inanmaq olmaz, çünki o, «islamçı qrupların və xarici hökumətlərin təsiri altına düşüb».

FTB-nin təhlükəsizlik məsələləri üzrə analitiki yazıb ki, L.Baka Türkiyə, Ermənistan və Azərbaycana rəsmi səfərlər edib. Analitik narahatlıq ifadə edib ki, bu səfərlər zamanı xarici məmurlar şerifi ələ ala bilərdilər.

L.Baka isə deyib ki, o, həmin səfərlərə Ermənistan-Azərbaycan münaqişəsinin tərəflərinin bir-birlərini daha yaxşı başa düşməsinə kömək etmək üçün getmişdi. Şerif xarici məmurların ona Cənubi Kaliforniya ştatında etnik qruplarla iş təcrübəsini nəzərə alaraq diqqət yetiriblər.

Virtualaz.org saytı xatırladır ki, şerif Li Baka Azərbaycana 2007-2009-cu illərdə azı üç dəfə səfər edib. Onun səfərləri Azərbaycanın Los-Ancelesdəki keçmiş baş konsulu, hazırda Vaşinqtonda səfir olan Elin Süleymanov tərəfindən təşkil olunub. Amerikanın ən nüfuzlu şeriflərindən hesab olunan və poqonlarında beş ulduz daşıyan Li Baka E.Süleymanovla yaxın dost olub. O, konsulun Los-Ancelesdə təşkil etdiyi tədbirlərdə iştirak edib və Azərbaycanın dostu olduğunu həmişə deyib. Həmçinin şerif Azərbaycan ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması, yüz minlərlə məcburi köçkünlər barədə faktlara çıxışlarında yer verib.

Güclü erməni diasporunun yaşadığı Los-Anceles ştatının baş şerifinin Azərbaycana yaxın münasibətləri erməniləri narahat edib. Bakıya səfərləri zamanı şerif L.Baka prezident İlham Əliyev də daxil olmaqla yüksək vəzifəli rəsmilər tərəfindən qəbul edilib.

Lakin nə baş veribsə, təxminən Elin Süleymanovun Vaşinqtona səfir təyin edilməsindən sonra Li Bakanın üzü dönüb, bu dəfə o, ermənilərlə dostluq etməyə başlayıb. İnternet mənbələrində yer alan məlumatlara əsasən Li Baka 2010-cu ilin noyabrında Los-Ancelesdə səfərdə olan qondarma «DQR prezidenti» Bako Saakyanla görüşüb. Tərəflər «qarşılıqlı maraq kəsb edən məsələləri» müzakirə ediblər.

2012-ci ilin noyabrında isə şerif L.Baka Montebello şəhərində «erməni soyqırımı» abidəsini ziyarət edib. O, yerli erməni icmasının liderləri ilə anma mərasimə qatılaraq «soyqırıma məruz qalmış ermənilər üçün ədalət» tələb edib.

Şerif Türkiyə hökumətinə müraciət edərək «situasiyanı düzəltmək üçün ciddi səylər göstərməyə» çağırıb.

Şerif Li Bakanın başının Azərbaycan və Ermənistanla dostluğa qarışdığı bir vaxtda onun nəzarətində olan həbsxanalarda korrupsiya və məhbuslara işgəncə verilməsinə dair çoxsaylı faktlar mətbuata çıxıb.

2011-ci ildən başlayaraq Los-Anceles şerifinin adı qalmaqalı araşdırmalarda baş rolda çəkilməyə başlayıb. «Los Angeles Times» və digər qəzetlər Los-Anceles ştatının həbsxanalarında nəzarətçilərin məhbuslara qarşı hədsiz zorakılıqları, korrupsiya halları barədə yazmağa başlayıb.

FTB də həbsxanalarda araşdırmalar aparıb. Həbsxanalarda insan haqları ilə məşğul olan ACLU təşkilatı 2011-ci ildə dərc etdiyi hesabatda Los-Anceles həbsxanalarında zorakılıqların baş alıb getdiyini göstərib, şerif Bakanı istefaya çağırıb.

Nəhayət, bu ilin yanvarında şerif 72 yaşlı Li Baka polis sistemində 48 illik karyerasına son qoyub və çoxsaylı qalmaqallar fonunda istefa verib.