«Qarabağ üçün OXU!»
Qlobal layihənin Azərbaycan versiyası hazırlanır
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Gözəllik baxanın gözündədir”
Niyə bəzi müğənnilərin səsini daha çox bəyənirik?
-
Muğam ifaçılığında məxsusi yeri olan sənətkar
Sara Qədimovanın 100 illiyi münasibətilə tədbir keçirildi
-
... O Üzeyir olmasın, bu Üzeyir olsun
Modern Avropanın seçimi ...
-
Azərbaycan muğamının bayramı
Sədası artıq azad Qarabağdan, Şuşadan dünyaya yayılır...
-
O gecə və bu gecə Alimlə
Bu adam cazibəsində əsir olduğunuz ənginilikdəki işıqdır
-
İlin ilk muğam axşamı
Tarzən və xanəndə Şirulla İmanovun xatirəsi yad edilib
-
Dünyanın mədəni irs xəzinəsindəki sənət incimiz
26 avqust Beynəlxalq Azərbaycan Muğamı Günüdür
-
Musiqi düşüncələrim
Muğam təhsilindəki müasir problemlər
-
Bəşəriyyətin mədəni irsində Azərbaycan xəzinəsi
Muğam sənətimizin UNESCO-nun siyahısına daxil edilməsinin ildönümü qeyd edilib
-
İfası ilə məşhurlaşan fəhlə Murtuza ...
... segah, muğam və təsniflərin yarıdan çoxunu ifa edə bilir
-
O niyə bənzərsiz idi?
Və ya talenin səs mələyi ...
-
Dost itkisi
Kübar bir insan, fədakar ailə başçısı, sədaqətli dost...
-
Torpaqla «danışan» xanəndə
Və ya Dədə Süleyman ömrün 78-ci zirvəsində
-
«Zorla dirəşməyin mənası yoxdur»
Azərbaycanda qəzetə maraq niyə azalıb?
-
Həmişə bizimlə
Ölümün hünəri varsa, Ağaxanın səsini də aparsın!
-
Haqqı gözləyən ustad
Hacıbaba Hüseynov ilk dəfə televiziya ekranında görünəndə təqribən qırx yaşı varmış
ABŞ-da «Playing for Change» kimi başlayan, Türkiyədə «Doğa için çal» şəklində davam etdirilən layihə indi «Qarabağ üçün oxu» adı ilə Azərbaycanda yenidən reallaşdırılır.
Bu dəfə layihənin təşəbbüskarı AzVision.az saytı, təşkilatçısı R&T Studiyası olacaq.
- Bütün dünyada populyarlıq qazanan bu layihənin ideyası odur ki, ölkənin hər yerindən ucalan səslər birləşərək, cəmiyyətin əsas problemini qabartsınlar. Bizim isə cəmiyyət olaraq bircə əsas problemimiz var: Qarabağ. Ona görə də, qərara almışıq ki, layihəni məhz Qarabağ üçün «oxu» adlandıraq - deyə layihənin bədii rəhbəri, gənc müğənni və aranjmançı Rəmal Rəsul AzVision.az-a bildirib.
Rəmal Rəsulun sözlərinə görə, «Qarabağ üçün oxu» layihəsi ölkənin əksər bölgələrini əhatə edəcək:
- AzVision.az saytının baş redaktoru Vüsal Məmmədov bu işi görməyi mənə təklif edəndə həm çox sevindim, həm də böyük bir məsuliyyət hiss etdim. Çünki bütün ölkədən insanların səslərini Qarabağ üçün birləşdirməyə iddialıyıqsa, bunu son dərəcə keyfiyyətli və səviyyəli etməliyik. Əks halda heç qolları çırmalamağa dəyməz. Və mən əminəm ki, Azərbaycan üçün qeyri-adi bir iş ortaya qoya biləcəyik. Buna inanıram, çünki artıq indidən çox maraqlı yaradıcılıq ideyalarımız var.
Qeyd edək ki, layihənin kastinqi artıq başlayıb. Seçimlərə qoşulmaq istəyənlər layihənin bədii rəhbəri Rəmal Rəsula (050 362 17 39), yaxud AzVision.az saytının baş redaktoru Vüsal Məmmədova (055 635 95 96) müraciət edə bilərlər.
Layihənin devizi belədir: Səsimizi Qarabağ üçün birləşdirək!