vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 10 iyul 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Səttar Xan (1866 - 1914)

«Yüksəlməyə hər millətin
Öz yolları vardır
Millətlər uçar,
yüksələr öz doğma dilyilə»

Səttar Xan (1866 - 1914)
MUSİQİ  
Tarın Avropada triumfu 15:57 | 8 iyul 2025 | Çərşənbə axşamı Məqaləyə 147 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Tarın Avropada triumfu

Azərbaycanlı tarzən Almaniyanın məşhur simfonik orkestri ilə konsert verdi

Tomris DƏMİR

MÖVZU İLƏ ƏLAQƏLİ

Bu ilin əvvəlində Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist, tarzən Sahib Paşazadə Almaniyada silsilə konsertlərlə çıxış edib. Almaniya Şlezviq – Holstayn Teatrının Simfonik Orkestri ilə baş tutan konsert haqqında müəlliflik hüquqlarının qorunması ilə əlaqədar media üçün yalnız bu günlərdə geniş açıqlamalara icazə verilib.

Səfər təəssüratlarını bölüşən Əməkdar artist konsertlərin alman şəhərlərində mədəni irsimizin təbliği baxımından faydalı olduğunu deyib: “Azərbaycan musiqisi öz əsrarəngizliyi ilə bir daha alman dinləyicilərini heyran etdi. Tamaşaçılar musiqimizi böyük maraqla dinlədilər”.

Qeyd edək ki, tarzən Almaniyanın Şlezviq-Holştayn vilayətinin beş fərqli şəhərində Almaniya Şlezviq-Holştayn Teatrının Simfonik Orkestri ilə birlikdə beş fərqli konsert proqramı ilə çıxış edib. Orkestr il ərzində səkkiz mövsüm konsertlə tamaşaçıların qarşısına çıxır. Tarzənin iştirak etdiyi “Romantik” adlı konsertlər dördüncü mövsümü əhatə edib və Sahib Paşazadə bu konsertlərdə orkestrlə çıxış edən yeganə solo ifaçı olub. Layihə eyni zamanda “Schleswig-Holsteinisches Landestheater” in yaranmasının 50 illiyinə həsr olunub. Flensburq, Şlezviq, Husum, İtsexo, Rendsburq şəhərlərində baş tutan konsertlər böyük maraq və alqışlarla qarşılanıb. Vilayətin bir neçə ən böyük konsert salonunda keçirilən konsertlərdə azərbaycanlı tarzənin çıxışları ifaçılıq sənətimizin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Bu çıxış Azərbaycan xalq çalğı alətləri ifaçılığında, xüsusilə instrumental sahədə xarici ölkələrin simfonik orkestrləri ilə birgə verilən konsertlər üçün çox nadir və az rast gəlinən musiqi hadisələrindən biridir. Alman dirijor Exart Uaycik idarəçiliyi ilə keçən konsertlərdə Hacı Xanməmmədov tar üçün 2 nömrəli konserti ifa olunub. Bu əsərin seçilməsi də əbəs deyil. Hələ beş il əvvəl, 2020-ci ildə Fransanın dünyaca məşhur MEZZO TV kanalında tarzənin  Moskvada Çaykovskiy adına Konservatoriyanın Böyük zalında məşhur Svetlanov adına simfonik orkestr ilə birlikdə H. Xanməmmədovun 2 nömrəli konserti çəkilərək yayımlanıb və çox böyük rezonans doğurub. Azərbaycan muğamının, ifaçılıq sənətimizin təbliği baxımından bu konsert Azərbaycanın tarının Almaniyada triumfu kimi dəyərləndirilə bilər. Tarın sehrinə düşən alman dinləyicilər alqışlarla tarzəni yenidən səhnəyə çağırıblar. Əlavə ifalar zaman tarzən səhnəyə qayıdaraq “Segah”, “Çahargah”, “Bayatı Şiraz” muğamlarından parçalar ifa edib. Məharətlə ifa olunan Azərbaycan muğamları alman musiqisevərlərin qəlbini fəth edib.

Əməkdar artist bu layihəyə “Schleswig-Holsteinisches Landestheater”in rəhbəri, məşhur dirijor Hariş Şankarın dəvəti ilə qatılıb. Qeyd edək ki, Hariş Şankar və Sahib Paşazadə  2023-cü ildə Almaniyanın məşhur “Bridges” Kamera Orkestri ilə birlikdə müxtəlif şəhərlərdə 12 silsilə konsertlə çıxış edib. Bu konsertlər zamanı Hariş Şankar tarzənin ifaçılıq xüsusiyyətlərini yüksək qiymətləndirərək onu növbəti mövsüm üçün rəhbəri olduğu orkestrlə birgə konsertə dəvət etmişdi.