NATO-Rusiya dialoqu
Moskva son fürsəti düzgün qiymətləndirə biləcəkmi?
Heydər OĞUZ
MÖVZU İLƏ ƏLAQƏLİ
-
“Ukraynadakı münaqişələr qlobal xarakter alıb”
Putin: “Silahlarından istifadə etməyə icazə verən ölkələrə qarşı cavab hüququmuz var”
-
Şimali Koreyalı general Kurskda yaralanıb
Rusiyanın Qərbi qorxudan yeni raketi: “Soyuq Müharibə doktrinası sona çatdı”
-
Putin nüvə silahı demədi
Kreml təhlükənin miqyasının fərqindədir
-
“10 əsgər göndərilib”
Pentaqon Şimali Koreyanın Rusiyaya canlı qüvvə ilə dəstək verdiyinə əmindir
-
Vaşinqtondan Kiyevə silah icazəsi çıxmadı ...
... Amma Putinin nüvə təhdidinə daha ağır cavab verildi – kaset bombalar
-
NATO hazırlıqlarına başladı!
Alman ordusu xəbərdarlıq etdi – 3-cü Dünya müharibəsi qapının astanasında
-
78 PUA və 6 raketlə ...
... Rusiyadan Ukraynaya hava zərbəsi
-
Kremldən hədə dolu açıqlama
“Rusiyanın nüvə doktrinasında yeniliklər Qərbə siqnaldır”
-
“Müasir hərbi təhdidlər nəzərə alınacaq”
Putin: “Rusiya və Belarusa qarşı hücum olacağı təqdirdə nüvə silahından istifadə etmək hüququnu özümüzdə saxlayırıq”
-
“İşğalın növbəti mərhələsinə imkan verməməliyik”
Ukrayna prezidenti Zelenski BMT Baş Assambleyasında çıxış edib
-
“Hər dəfə milyard dollarla gedir”
Trampın Ukraynanı qəzəbləndirəcək açıqlaması
-
Terrorçulara rus raketləri
İran Husilərə Rusiyanın “Yakhont” dəniz raketlərinin çatdırılmasında vasitəçilik edir
-
Çantasında nələr var?
Zelenski Ağ Evdəki görüşdə Co Baydeni inandırmağa çalışacaq ki, ...
-
Müharibə qaçılmazdır?
Azərbaycanın hərbi gücünü artırmasının səbəbləri
-
“Məğlubedilməz şeytanı” məğlub oldu
“Satan II” havada partlayıb
-
11 saatdan çox uçub
Rusiya bombardmançıları ABŞ yaxınlığında görülüb
NATO və Rusiya arasında dialoq qurulmasına qərar verilib. Strateq.az xəbər verir ki, bunu NATO-nun baş katibi Cens Stoltenberq bildirir. Onun açıqlamasına görə, dialoq NATO – Rusiya Şurası çərçivəsində aparılacaq və şuranın toplantısı iki həftə ərzində keçiriləcək. Danışıqların səfirlər səviyyəsində aparılması gözlənilir.
İclasın gündəliyindəki əsas mövzu Ukrayna böhranında son vəziyyət, Əfqanıstan və terror təşkilatlariyla mübarizə məsələləri olacaq. Toplantıda, həmçinin, əsgəri qüvvələr arasında daha çox şəffaflıq, hərbi fəaliyyətlərdə riskin azaldılması kimi məsələlər də gündəmə gələcək.
Qeyd edək ki, NATO – Rusiya Şurası tərəflər arasında diplomatik etimadın yaradılması məqsədi ilə 2002-ci ildə qurulmuşdu. Şura ən son toplantısını 2014-cü ildə keçirmiş, ancaq tərəflərin Ukrayna böhranında fərqli mövqelərdən çıxış etməsiylə təxirə salınmışdı. Bundan sonra tərəflər arasında soyuq müharibə başlamışdı. NATO Krımı ilhaq edən Rusiyanın Ukraynadakı separatçı qüvvələri dəstəkləyərək, dövlətlərarası hüququ pozmaqda, Rusiya isə NATO-nu getdikcə post-sovet məkanında yayılmaqda, dolayısıyla, onun yuvasına çöp uzatmaqda günahlandırmışdı.
2014-cü ildən sonra Rusiyaya qarşı sanksiyaların tətbiqi də məhz bundan sonra başlamışdı. Mütəxəssislərin fikrincə, qarşılaşdığı qlobal təcridin ağır nəticələrini görən Rusiyanın son zamanlar dünyanı təhdid edən riskli addımlar atması bununla bağlı idi: Yenidən dünya siyasətində sözü keçən mövqeyə gəlmək istəyən Moskva həm Yaxın Şərq, həm Xəzər, həm Baltik, həm də Qara dəniz hövzəsində hərbi nəzarətini gücləndirmək taktikasına üstünlük verməklə, NATO-nun ona qarşı fəaliyyətini mümkün olduğu qədər məhdudlaşdırmaq, tərəflərin yenidən danışıqlar masasına oturmasına nail olmaq məqsədi güdürdü.
Rusiya-NATO arasında son iki ildə yaşanan soyuq müharibənin isti küləkləri Azərbaycandan da yan ötüşməmişdi. Rus aqressiyasından çəkinib Qərblə münasibətlərini soyudan rəsmi Bakının bu təmayülü bir çox sıxıntılara səbəb olmuşdu. Qərbmeyilli siyasilərin həbsə atılması, Avropaya bağlı qeyri-hökumət təşkilatlarının bağlanması, bir sıra beynəlxalq qurumlarla yaşadığımız gərginliklər və s. kimi xoşagəlməz hadisələrin məhz bu iki ildə geniş vüsət alması təsadüfi deyildi. Hətta son zamanlar Azərbaycanın erməni qoşunlarıyla təmas xətlərində baş verən qanlı çarpışmaların başlıca səbəblərindən biri də Rusiyanın Qərbə inteqrasiyamızın önünü kəsməsiylə izah olunur.
Məlum olduğu kimi, üçgünlük müharibə Azərbaycan və Ermənistan prezidentərinin Amerikada keçirilən nüvə sammitində iştirakı zamanı çıxarılmış, daha sonra tərəfləri Moskvada bir araya gətirən Rusiya onların atəşkəs sazişi bağlamasına nail olmuşdu. Bununla da Qərbə Cənubi Qafqazın öz «arxa bağçası» olduğu mesajını vermişdi. Xəzər hövzəsində əldə olunan atəşkəs sazişindən dərhal sonra Rusiyanın Azov və Qara dənizdə hərbi manevrlərə başlaması və təlimdə NATO-ya bağlı gəmilərin zərərsizləşdirilməsi ssenarisinin məşqi beynəlxalq ekspertlər tərəfindən açıq-aşkar təhdid kimi qiymətləndirilmişdi.
NATO-Rusiya dialoqunun bərpasına məhz bu belə bir şəraitdə qərar verilməsi düşündürücüdür. Belə təəssürat yaranır ki, NATO Rusiyanın bu «riskli zarafatlarının» heç kimə sərf etməyəcəyini düşündüyündən, nəhayət, qapılarını aralamış, rəqibiylə dil tapmaq qərarına gəlmişdir.
Böyük ehtimalla, dialoq görüşmələrində hər iki tərəf müəyyən güzəştlərə gedəcək. Xüsusilə, qlobal iqtisadi, siyasi və hərbi təzyiqlərlə üz-üzə qalan Rusiyanın daha çox geri çəkiləcəyi güman olunur. Nədən ki, o, artıq iki il bundan əvvəlki Rusiya deyil, özünün ən çox güvəndiyi hərbi qüdrətində belə dünyaya meydan oxumaq özəlliyini itirib. Hazırda Rusiya onu çevrələyən qlobal iradə qarşısında bir neçə cəbhədə rəqibləriylə üz-üzə gəlmək durumundadır. Suriyada Moskvanı 150 minlik İslam ordusu, Ukraynada və Baltik dənizində NATO qüvvələri gözləyir.
Bu iki il ərzində beynəlxalq güc mərkəzlərinin xeyir-duasıyla təşəkkül tapan İslam ordusu belə, artıq Rusiya hərbi iradəsini arzulamadığı addımları atmağa məcbur edəcək güc halına gəlib. Müşahidəçilərin fikrincə, Putinin Suriyadan çıxmağa qərar verməsinin başlıca səbəblərindən biri Səudiyyə Ərəbistanının 20 müsəlman ölkəsini öz ətrafında toplayıb, Yaxın Şərqin ən böyük hərbi təlimini keçirməsi və Rusiyanın bombaladığı müxalif qüvvələri yer-hava tipli raketlərlə silahlandırması idi. Vaxtilə Əfqanıstanda eyni aqibətlə üzləşən SSRİ-nin məğlubiyyəti məhz buna bənzər siyasət nəticəsində mümkün oldu. Suriyada «ikinci Əfqanıstan» sindromu yaşamaq istəməyən Rusiyanın bu hadisələrdən qısa müddətdən sonra Suriyada əməliyyatları dayandırıb sadəcə Tartus hərbi bazasına çəkilməsi də bu ehtimalı qüvvətləndirir.
Qısası, hətta 3-cü dünya dövlətlərinin silahlı qüvvələrindən təşəkkül tapan İslam ordusunun qarşısından geri çəkilən Rusiyanın NATO-yla dialoqda ona verilən fürsəti düzgün qiymətləndirməkdən başqa çarəsi yox kimidir…