vaxtlı-vaxtında oxuyun! Cümə axşamı, 21 noyabr 2024
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Babək Xürrəmi (798 - 838)

«Bir gün azad yaşamaq, qırx il boyunduruq altında yaşamaqdan daha üstündür»

Babək Xürrəmi (798 - 838)
GÜNDƏM  
14:59 | 11 yanvar 2017 | Çərşənbə Məqaləyə 2954 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Xainlərin cəzası ölümdü

Sovetləri ölkəmizə gətirənlərin heykəlləri niyə götürülmür?

Zaur ƏLİYEV, Tarix üzrə fəlsəfə doktoru

MÖVZU İLƏ ƏLAQƏLİ

Yəqin ki, heykəldəki xanımı tanıdınız. Atatürk parkını keçən kimi Ayna Sultanovanın heykəli yerləşir. Uzun illərdir heykəl toxunulmaz qalır. eləcədə Azərbaycan müstəqilliyini Ruslara satan Nərimanovun heykəli kimi. Axı sovetləri ölkəmizə gətirənlərin heykəlləri niyə götürülmür? Niyə öz vətənlərinə xəyanət edənlərin heykəlləri qalmalıdır? Bugünkü müasir Azərbaycan Xalq Cümhuriyyətinin varisi sayılmırmı?

Nə qədər biz belə xainlərin heykəllərin görməyə məcbur olacağıq?

1937-ci ildə Hüseyn Cavid tutulub Keşlə həbsxanasında işgəncəyə məruz qalan zaman Yüzlərlə insanı 1930-37-ci illərdə sürgünə və repressiyaya məruz qoyan, Azərbaycan Xalq Komissarının sədri olan bu xanım Mikayıl Müşfiqi yanına çağırtdıraraq diktə edir: «Cavid əleyhinə bir məqalə yaz!» Sözsüz ki, bu məqalə Cavidi şərləyib qətlə yetirmək üçün kommunistlərin əlində tutarlı dəlil kimi lazım idi. Lakin Sultanova gözlədiyinin əksinə cavab alır. Müşfiq bunu necə yaza bilərdi, bir halda ki, Cavidə «əfəndim» deyirdi. Əfəndi olan bir şəxsi şərləmək bu qədərmi asandır? Sultanova israr edərkən Müşfiq: «Mən əgər sol əlimlə Cavidin əleyhinə yazaramsa, sağ əlimlə sol əlimi baltalaram!» cavabın verir. Bundan qəzəblənən Ayna Sultanova dərhal onu həbs edilməsini və qırımızı xətlə ölümə məhkum olunmasına imza atır... Müşfiq isə 6 yanvar 1938-ci ildə Nargin adasında məhkəməsiz-filansız güllələnir.


***


Ayna Sultanova və həyat yoldaşı Həmid Sultanov mart qırğınından az sonra Stepan Şaumyanın rəhbərliyi ilə yaradılmış kommuna ilə sıx əməkdaşlıq edib. O, Bakı Kommunasının süqutundan sonra Azərbaycan Xalq Cümhuriyyəti əleyhinə fəaliyyətini davam etdirib və Həştərxana gedərək şərqdə ilk Demokratik Respublikanın devrilməsi üçün ciddi hazırlıqlar görən rus bolşeviklərinə yaxından köməklik göstərmişdi. O Azərbaycan qadınlarını «qızıl ordu», yəni rus əsgərləri üçün alt paltarı tikməyə və yamamağa məcbur edirdi.

Ayna Müsavat ordusunun zabitləri ilə gəzir əldə etdiyi məlumatları bolşeviklərə ötürürdü. Bakıda Sovet hökuməti qurulandan sonra Ayna partiyanın əmri ilə Həmid Sultanovla evlənib. Toy hədiyyəsi kimi ona bəylərin xanımlarndan müsadirə edilmiş (şayiələrə görə Gəncə qiyamı zamanı öldürülən ziyalıların) qızıl əşyaları verildi...

Və digər Bolşeviklərə xidmət edən şəxslərin taleyi onu da gözləyir. Xainlərin cəzası ölümdü, bu gün xalqına xəyanət edən, sabah bizə də xəyanət edər prinsipin əldə tutan Sovet hökuməti 1938-ci ildə A.Sultanovanı, qardaşı Qəzənfər Musabəyovu və həyat yoldaşı Həmid Sultanovu xalq düşməni kimi güllələdi.