Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
16:42 | 21 may 2017 | Bazar
Məqaləyə 2815 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
2010 və 2012-ci illər arasında Çin hökuməti iyirmiyədək Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) agentlərini ya öldürüb, ya da həbs edib. «New York Times» qəzetinin xəbərinə görə, bu, indiyədək ölkənin kəşfiyyat sisteminin xaricdə informasiya toplamasına dəyən ən böyük ziyandır.
Virtualaz.org xəbər verir ki, MKİ-nin haker hücumuna məruz qalması və ya hansısa köstəbəyin Çin hakimiyyətinə agentləri aşkarlamaqda kömək etməsi bəlli deyil. Bunu kəşfiyyat rəsmiləri qəzetə bildirib. Onların sözlərinə görə, casuslar başqalarına da görk olsun deyə hökumət binasının həyətində güllələnib. Mənbə ən azı bir casusun hökumət binasının həyətində güllələndiyinin təsdiqləndiyini deyib. Bununla Çin hakimiyyəti başqalarına da göstərmək istəyib ki, ABŞ kəşfiyyatına işləməyin axırı necə olur.
MKİ bu informasiyanı şərh etməyib. Dörd sabiq MKİ rəsmisi qəzetə bildirib ki, 2010-cu ildən Çinin dərin hökuməti bilgiləri tükənməyə başlayıb. İnformatorlar isə 2011-ci ilin əvvəllərində yoxa çıxmağa başlayıb. Bir mənbə bildirib ki, MKİ və FTB (Federal Təhlükəsizlik Bürosu) bu hadisəni «Honey Badger» adı altında araşdırıb. Nəticədə, bir sabiq MKİ əməliyyatçısı şübhəli bilinsə də, yetərli sübut olmadığından o həbs edilməyib. Hazırda o, bir Asiya ölkəsində yaşayır.
2012-ci ildə ABŞ-a casusluq iddiası ilə bir çinli məmur həbs edilib. Həmin vaxt media hər hansı başqa bir həbs və ya ölüm barədə məlumat verməyib. Bildirilir ki, Amerikanın xeyrinə casusluq edən Çin məmurları bunu ölkədəki korrupsiyadan məyusluqla əsaslandırmışdılar. Casusların aşkarlanaraq zərərsizləşdirilməsindən sonra ABŞ kəşfiyyatı Pekindəki səfirliyin bütün əməkdaşlarını yoxlayıb, onların arasında Çin agentinin olub-olmadığını aşkara çıxarmağa çalışıb. Lakin casusları kimin satdığını müəyyən etmək mümkün olmayıb.