Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:41 | 22 may 2017 | Bazar ertəsi
Məqaləyə 1455 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Mayın 21-də regionun 55 müsəlman ölkəsinin liderlərinin və ABŞ prezidenti Donald Trampın iştirakı ilə Ər-Riyadda keçirilən beynəlxalq konfransda, Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz əl Səud, İrana qarşı sərt bəyanatlar səsləndirərək, bu ölkəni dünya terrorizminə rəhbərlikdə günahlandırıb.
Konfransın açılış mərasimində çıxış edən kral Salman, İranı beynəlxalq terrorizmə dəstək verməkdə, bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmaqda, din və islam adından sui-istifadə edərək məntəqədə çaxnaşma yaratmaqda və regionda sabitliyi pozmaqda günahlandırıb: «Biz, 1979-cu ildən, yəni Xomeyni inqilabından bu günə dər dünya terrorizminin başında duran İran rejiminin din adı altında bölgədə törətdiyi cinayətləri onun xalqının hesabına yazmırıq. Biz, ümumiyyətlə millətlərin din və məzhəb əsasında bölüşdürülməsini qəbul etmirik. İrana hakim sistem, Hizbullah, «Husi»lər, İŞİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalar bir-birinə bənzəyir, terrorizmə dəstək verirlər. Biz, İŞİD-in və bütün terrorçu qruplaşmaların məhvi uğrunda birgə mübarizəmizə və bununla bağlı iradəmizin olmasına təkid edirik.
Bu konfransa qatılan ölkələr, terrorizmə və ekstremizmə qarşı mübarizədə mühüm tərəfdaşlardır. Terrorizmin hansı formada olmasına baxmayaraq, biz onu aradan qaldırmaq üçün əməkdaşlığımızı davam etdirəcəyik. Biz təkidlə bildiririk ki, islam dini, rəhmət, sülh və dinc yanaşı yaşamaq dinidir. Lakin özlərini islama bağlayanların bəziləri bu dinin simasına xələl gətirirlər. Bunun isə qarşısı alınmalıdır».