Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
09:49 | 22 may 2017 | Bazar ertəsi
Məqaləyə 1513 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Mayın 21-də Səudiyyə Ərəbistanına səfər edən ABŞ prezident Donald Tramp, 55 müsəlman ölkəsinin liderləri və nümayəndələrinin Ər-Riyadda keçirilən birgə konfransında çıxış edərək İranın regional siyasətindən, ərəb ölkələrinin daxili işlərinə qarışmasından və beynəlxalq terrorizmə dəstəyindən danışıb.
Ər-Riyadda «Terrorizmə Qarşı Mübarizə Mərkəzi»nin açılmasını yüksək qiymətləndirən Tramp, İranın bölgədə yürütdüyü təxribatçı siyasətini və onun regionun sabitliyinə qarşı yönələn cəhdini qınayaraq, bütün müsəlman ölkələrini İranı boykot etməyə çağırıb: «Bu gün, on illərlə bölgədə sabitliyin pozulmasının əsas səbəbkarı sayılan İrandan danışmaq istəyirəm. İran, on illərdir ki, regionda və digər yerlərdə terrorçulara təlim keçir, onları maddi və hərbi baxımdan təmin edir. İran, İsrailin məhv edilməsinin tərəfdarıdır. Bu ölkə Orta Şərqin sabitliyinə həmişə xələl gətirib, bunu indi də davam etdirir. Suriyada gedən savaşda isə biz bunun şahidiyik.
Bu gün, Tehran rejiminin ən böyük qurbanları, İranın öz xalqı və əhalisidir. İran xalqı, rəsmi Tehranın radikalizmə, ifratçılığa və terrorizmə verdiyi dəstəkdən əziyyət çəkir. İran hökuməti terrorçuları silahlandırır, onları maddi və hərbi baxımdan dəstəkləyir. Hazırda regionda, o cümlədən də Livan, İraq və Yəməndə sabitliyin pozulmasının əsas günahkarı da İrandır. Suriyada Bəşər Əsəd rejimi məhz İranın dəstəyinə arxanaraq öz xalqına qarşı cinayət törədir.
Elə buna görə də, hesab edirəm ki, İranı təcrid etmək üçün bütün millətlər bir-biri ilə həmkarlıq etməli, onun terrorçu qruplaşmalara pul və silah çatdırmasının qarşısını almalıdır».