Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
18:35 | 22 may 2017 | Bazar ertəsi
Məqaləyə 1516 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
ABŞ prezidenti Donald Tramp ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər çərçivəsində iki ölkə arasında ümumilikdə 380 milyard dollarlıq, o cümlədən 110 milyard dollara silah müqaviləsi imzalandı.
Vaşinqton öz müttəfiqinə ən müasir helikopter və təyyarələr, atıcı silahlar, artilleriya sistemləri, müasir rabitə qurğuları və hava hücumundan müdafiə sistemləri satacaq. Bundan başqa, onlar terrorun maliyyələşdirilməsinə qarşı mübarizə məqsədilə yeni mərkəz də yaradacaqlar.
Çıxışı zamanı Səudiyyə Ərəbistanını müsəlman dünyasının mərkəzi adlandıran Tramp Barak Obama dövründə soyuqlaşan əlaqələrə yeni impuls vermiş oldu. Respublikaçı prezident həmçinin, ABŞ-ın ənənəvi Yaxın Şərq siyasətində Ər-Riyadın rolunu qabartdı və İrana qarşı bütün müsəlman ölkələrini birləşdirməyə çağırış etdi. Təsadüfi deyil ki, Ər-Riyadda Donald Tramp Körfəz ölkələrinin sammitində və İslam ölkələrinin 55 dövlət başçısının toplantısında çıxış etdi.
«Biz burada sizə mühazirə oxumaq üçün gəlməmişik. Biz daha yaxşı gələcək namizəd əməkdaşlıq etmək üçün buradayıq. Parlaq gələcək yalnız siz terrorçuları və ekstremistləri öz ölkənizdən qovsanız gələcək. Öz məbədlərinizdən, öz evlərinizdən, öz ölkənizdən onları qovun», – deyə Tramp çıxışında bildirmişdi.
Müsəlman ölkələrini, Yaxın Şərqi terror qarşı birləşdirmək üçün ABŞ insan haqlarının vəziyyətinə göz yummağa hazır olduğunu da nümayiş etdirdi.
Digər tərəfdən, İŞİD-i deyil, İranı qlobal terror mərkəzi adlandırmaqla Tramp yaxın illərdə Yaxın Şərqdə ənənəvi sünni Səudiyyə Ərəbistanı və şiə İran arasındakı qarşıdurmada Ər-Riyada dəstək verəcəyini nümayiş etdirmiş oldu. Onun fikrincə, İran terrorçulara maliyyə dəstəyi göstərir. Tərəfdar toplamaq üçün sosial baza verir.
Paralel olaraq, Tramp Yaxın Şərqdə terror qarşı mübarizədə sünni ərəb ölkələrinə arxayın olduğunu nümayiş etdirdi. Barak Obama Yaxın Şərqə səfəri zamanı ilk növbədə Türkiyəyə səfər etmiş və Böyük Millət Məclisindən dünya müsəlmanlarına müraciət edərək əslində Ankaranı İslam dünyası ilə əlaqədə vasitəçi gördüyünü göstərmişdi. Həmin turne zamanı Türkiyədən Ər-Riyada qısa səfər edən Obama Misirə gedərək bu ölkəni ərəb dünyasının ürəyi adlandırmış və Yaxın Şərq üçün yeni inkişaf modeli təqdim etmişdi. Lakin «ərəb baharı» bu planın tamamilə iflasa uğradığını və Ağ Evin regionda yeni siyasətə ehtiyacı olduğunu göstərdi.
Donald Trampın yeni siyasi xətti Türkiyə və Misir kimi ölkələrin siyasi nüfuzunun azalmasına yol açdı. Suriya kürdlərini silahlandırmaqla Ankaranın narazılığını oyadan Tramp, bu yanaşması ilə Türkiyəni İran və Rusiya ilə ittifaq axtarmağa sövq edə bilər.
Bunun Yaxın Şərq region üçün hansı nəticələr doğuracağını öncədən demək isə qeyri-mümkündür.