ABŞ Ukraynaya 1500 aviabomba satdı
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
19:10 | 28 may 2017 | Bazar
Məqaləyə 1397 dəfə baxılıb
Şriftin ölçüsü
Yüksək dəqiqlikli mərmilər Rusiyanın dərinlikləri üçün ciddi təhlükədir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
Müharibə ritorikalarının azalması qara qızıla təsir etdi
Rusiya və İranda savaş bitən kimi xalqın ciddi sualları yaranacaq
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
ABŞ Şimali Koreya sahillərinə sayca üçüncü təyyarədaşıyan gəmini göndərir. Virtualaz.org xəbər verir ki, «Nimitz» təyyarədaşıyanının başçılıq etdiyi zərbə qruplaşması Sakit okeanın qərb hissəsinə istiqamət alıb. Bu haqda «Amerikanın səsi»inə iki anonim mənbə bildirib. Bundan əvvəl ABŞ Şimali Koreya sahillərinə «Karl Vinson» və «Ronald Reyqan» təyyarədaşıyanlarını göndərmişdi.
Hərbi analitiklər bildirir ki, dinc dövrdə pentaqonun bir regionda eyni zamanda üç təyyarədaşıyan cəmləşdirməsi olduqca nadir hadisədir. Belə vəziyyət sonuncu dəfə Buş administrasiyası dövründə, ABŞ-ın İrana qarşı hava zərbələrinə hazırlaşdığı bir vaxtda Fars körfəzində müşahidə olunmuşdu.
«Nimitz» təyyarədaşıyanı dünyada ən iri döyüş gəmisidir, göyərtəsində 100-ə yaxın müxtəlif tip döyüş təyyarələri, minlərlə hərbçi daşıyır. Təyyarədaşıyanı bir neçə müxtəlif tip döyüş gəmiləri və atom sualtı qayıqları müşaiyət edir. «Nimitz» təyyarədaşıyanı regiona çatanda ABŞ-ın təkcə təyyarədaşıyanlarda 300-ə yaxın döyüş təyyarəsi Şimali Koreya üzərində hərbi təzyiq formalaşdırmış olacaq.
Şimali Koreya son günlər bir-birinin ardınca ballistik raket sınaqları keçirir və ABŞ-ın regiona üçüncü təyyarədaşıyanı göndərməsi Pxenyanı çəkindirmək məqsədi daşıyır. Yaponiya XİN-in rəsmi nümayəndəsi Norio Maruyama bildirib ki, baş nazir Sindze Abe ABŞ prezidenti Donald Trampla Şimali Koreyaya təzyiqlərin gücləndirilməsinə dair razılığa gəliblər.
Bəzi ekspertlər hesab edirlər ki, hazırda Tramp onun Rusiya ilə əlaqələrinə dair davam edən təhqiqatlardan və impiçment təhlükəsindən diqqəti yayındırmaq üçün Şimali Koreyaya hava zərbələri endirilməsinə əmr verə bilər. Hərçənd bu, hərbi baxımdan olduqca riskli addım olardı. Çünki Şimali Koreya diktatoru Kim Çen In ABŞ-ın hava zərbələrinə nüvə silahı ilə cavab verə, nəticədə nüvə fəlakəti yarana bilər. O cümlədən Şimali Koreyanın nüvə obyektlərini hava zərbələri ilə sıradan çıxarmaq çətin məsələdir, çünki bu obyektlər dağların altında, tunellərdə yerləşdirilib. Bununla belə ABŞ və Cənubi Koreya xüsusi təyinatlıları bu günlərdə Pxenyanın nüvə obyektlərini dağıtmaq üçün birgə təlimlər keçirmişdi.