Tramp–Merz gərginliyi yüksəlir
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
11:33 | 30 may 2017 | Çərşənbə axşamı
Məqaləyə 1434 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ Almaniyanı qoşunlarını geri çəkməklə hədələyir
“Düşmən yeni mərhələyə keçib, ölkəni daxildən çökdürməyi hədəfləyir”
Tramp: “Blokada nüvə razılaşmasına qədər davam edəcək”
Tramp: “Onların artıq heç bir hərbi gücü qalmayıb”
Qara qızıl dörd ilin maksimumuna çatdı
ABŞ Şimal Qütbü istiqamətində müşahidə və hazırlıq səviyyəsini yüksəldib
Kral Çarlzdan Donald Trampın alman dili atmacasına cavab
Fars-molla rejimində daxili ideoloji-siyasi parçalanma
ABŞ İrana sanksiyalarını pozması iddiası ilə qara siyahını böyütdü
Hörmüz boğazında gəmi keçidləri 95,3% azalıb
BƏƏ-nin OPEC qərarından sonra ...
Nüvə məsələsi əsas şərt olaraq qalır
Neft ehtiyatları anbarları dolan Tehranın mayın ortasına qədər zamanı var
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
İranda açılan memorial stend yeni şübhələr doğurdu
Reyqandan Trampa – 45 ilin kabusu
«The İndependent» xatırladır ki, Donald Tramp onun kampaniyası ilə Rusiya arasındakı əlaqələrin araşdırılmasını «Amerika tarixində ən böyük əcinnə ovu» adlandırıb.
Lakin Ağ Evdəkilərin bəziləri bundan da betərini düşünürlər: qəsd və ya konspirasiya!
Cənab Trampın ən etibarlı adamı Stive Bannon (Steve Bannon) da daxil Ağ Evin bir sıra müşavirləri bu nəticəyə gəliblər ki, «dərin dövlət» onların hakimiyyətinə son qoymağı qət edib. Bu barədə Ağ Evdəki mənbə Amerikanın nüfuzlu «Politico» məcmuəsinə bildirib.
Məqalədə deyilir ki, cənab Trampın Federal Təhlükəsizlik Bürosunun (FTB) direktoru Ceym Komini (James Comey) vəzifəsindən kənarlaşdırmasının ardınca Ağ Evdən bir neçə ziyanlı sızmalar baş verib.
Cənab Trampın Rusiya rəsmiləri ilə görüşündən dərhal sonra sızan xəbərdə deyilirdi ki, prezident son dərəcə həssas kəşfiyyat informasiyasını rusiyalı qonaqlarla paylaşıb.
Bunun ardınca son günlərdə belə xəbərlər yayılıb ki, Trampın kürəkəni Cared Kuşner (Jared Kushner) Rusiya ilə kommunikasiyalar üçün məxfi kanal yaratmağa cəhd edib.
Hökumətin içərisindən bu qədər sızmaların baş verməsi Ağ Ev müşavirlərinin, kiminsə çox yaxınlıqdan onları izlədiyi barədə qənaətə gəlmələrinə səbəb olub.
Cənab Trampın etibarlı media kimi seçimi olan «Fox News» telekanalının şərhçiləri bu qənaətin güclənməsinə kömək edirlər.
Onlar inanırlar ki, Trampın hakimiyyəti Amerikanın «dərin dövləti» tərəfindən hədəflənib.
«Dərin dövlət» dedikdə dövlətin içərisində hakimiyyətdəkiləri devirməyə çalışan məxfi qüvvə nəzərdə tutulur.
Məsələn, telekanalın aparıcısı Sean Hannity Ağ Evdən ziyanlı sızmaların baş verməsinə görə «Obamadan qalan və bu prezidentin məhv edilməsinə qalxan dərin dövlət hökumət məmurlarını» ittiham edib.
«Tramp administrasiyası bu təxribatçıları çox gec olmadan ifşa etməlidir» - deyib aparıcı.
Əvvəllər cənab Bannonun redaktor olduğu sağ təmayüllü «Breitbart News» internet saytı da «dərin dövlət» nəzəriyyəsini inkişaf etdirməklə məşğuldur.
Bu internet portalındakı məqalələrin başlığında tez-tez «Dərin Dövlət» sözlərini görmək olar.
Amma belə görünür ki, bu nəzəriyyədən elə cənab Bannonun özü mənfəətlənir.
Axios xəbər verir ki, bir vaxtlar kənarda qalmış prezident müşaviri «dərin dövlətə», mediaya, demokratlara və müstəntiqlərə qarşı mübarizə üçün mafiyasayağı «hərbi konsiliyeri» yaradır.
Hətta Konqresin keçmiş spikeri Nyut Qinqriç (Newt Gingrich) də deyib ki, «nəhəng bürokratiya prezidentə hücum məqsədilə bilərəkdən məlumat sızdırır və istədiyini edir».
Axios yazır ki, indi nəhayət Trampın komandası özü üçün dərin dövlət, siyasi rəqiblər və əllərindəki hakimiyyəti sadəcə olaraq vermək istəməyənlərdən ibarət «vahid opponent» formalaşdırıb.
«The İndependent» yazır ki, cənab Tramp öz müşavirlərinin «dərin dövlətindən» əvvəl birbaşa opponenti olan media ilə mübarəzəyə diqqət verməlidir.
«Mənim fikrimcə bir çox sızmalar «#FakeNews» mediasının toqquşdurduğu yalanlardan ibarətdir», deyə Tramp «Twitter»də yazıb.
«Nə vaxt ki, saxta xəbərlər mediasında «mənbələr bildirir» sözlərini oxudunuz və heç bir ad tapa bilmədiniz, çox ola bilsin ki, bu mənbələr heç yoxdur və xəbərləri saxtakar xəbər yazanlar özləri düzəldiblər».