ABŞ-ın dövlət borcu rekord həddə çatdı
“Moody’s” reytinqi endirdi
19:12 | 31 may 2017 | Çərşənbə
Məqaləyə 499 dəfə baxılıb
Şriftin ölçüsü
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
Budapeşt görüşü sual altında
Trampa etiraz edənlər niyə heyvan paltarları geyinir?
Yeni bal zalı inşa edilir
Tramp administrasiyası ilə mübarizəyə hazırlaşan Aleksandr Sorosun həyat yoldaşı “Müsəlman qardaşları” ilə əlaqədə günahlandırılıb
Çarli Kirk sui-qəsdi dini oyanışa səbəb olub
Trampdan Kolumbiya prezidentinə ağır ittiham
«The İndependent» yazır ki, Donald Trampın seçki kampaniyası komandasının Moskva ilə əlaqələrinə dair federal araşdırmaya prezidentin şəxsi vəkili də daxil edilib.
Əvvəllər «Trump Organisation» təşkilatında hüquqşünas kimi çalışmış Maykl Koen (Michael Cohen) ABŞ mediasına deyib ki, Konqres və Senatda təhqiqatı aparan komissiyalar ondan informasiya və ifadə tələb ediblər.
Bu informasiyalar onun Rusiya hökumətindəki şəxslərlə əlaqələrinə aiddir. O ifadə vermək üçün edilən dəvəti rədd etdiyini bildirib.
«Mən dəvətdən imtina etmişəm, çünki dəvətin mətni yaxşı tərtib edilməyib, həddən ziyadə yayğındır və əslində oradakı sorğuların cavablandırılması qeyri-mümkündür», - deyib Koen «ABC News» şəbəkəsinə.
«Associated Press» bildirir ki, Konqresin Kəşfiyyat Komitəsinin üzvləri Koenə bildiriş göndərildiyini təsdiq ediblər.
Cənab Koen Konqresin əməkdaşlıq tələbini rədd etdikdən sonra Senatın seçkili kəşfiyyat komitəsi, komitə başçılarını, yəni respublikaçı Riçard Burr (Richard Burr) və demokrat Mark Uarneri (Mark Warner) Koenə çağırış göndərilməsinə müvəkkil edib.
Beləliklə, Doandl Trampın kürəkəni və baş müşaviri Cared Kuşnerin (Jared Kushner) FTB təhqiqatının subyekti olduğuna dair yayılan xəbərlərdən sonra, Trampın yaxın çevrəsindən sayılan Koenin də təhqiqata dəvət edilməsi xəbər başlıqlarına çıxıb.
ABŞ mediası yazır ki, Koen Trampın «vuran qolu» sayılır və keçmişdə Nyu York maqnatının tənqidçilərini məhkəmə ilə hədələyib.
2016-cı ildə Koenin CNN-dəki çıxışı böyük hay-küyə səbəb olmuşdu.
Proqram aparıcısı Briana Keyler (Brianna Keiler) ona Trampın seçki düşərgəsinin zəif olduğunu demişdi.
Cavabında vəkil sərt şəkildə dillənmişdi: «Onu kim deyir?»
Aparıcı rəy sorğularına əsaslandığını bildirəndə, Koen demişdi ki, tezliklə Trampın bütün bu rəy sorğularından daha çox səs toplayacağını görəcəksiniz…
«The Guardian» yazır ki, əvvəlcə bundan imtina etməsinə baxmayaraq, Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flinn (Michael Flynn) Rusiyanın 2016-cı il seçkisinə müdaxiləsini araşdıran Senat komissiyası ilə əməkdaşlığa hazır olduğunu deyib.
Flinn «Associated Press» agentliyinə deyib ki, Senat komitəsinin bu ayın əvvəllərində ondan tələb etdiyi sənədləri təqdim etməyə hazırdır və təqdim olunacaq sənədlər bir həftə müddətində hazır olacaq.
Məqalədə deyilir ki, Flinnin bu qərarı onun Senat palatası ilə ortaq məxrəc tapdığını göstərir.
Flinn bundan əvvəl özünün Konstitusiyaya 5-ci düzəlişdə nəzərdə tutulmuş hüququndan istifadə edərək komitənin çağırışını rədd etmişdi.
Konstitusiyanın sözü gedən maddəsi vətəndaşı özünə qarşı ifadə verməkdən azad edir.