vaxtlı-vaxtında oxuyun! Şənbə, 10 may 2025
1 ABŞ dolları 1 USD = 1.7 AZN
1 Avro 1 EUR = 1.6977 AZN
1 Rusiya rublu 1 RUB = 0.0272 AZN
1 İngiltərə funt sterlinqi 1 GBP = 1.9671 AZN
1 Türkiyə lirəsi 1 TRY = 0.0914 AZN
Seyid Cəfər Pişəvəri (1892 - 1947)

«Haqqı almaq asan bir işdir, onu saxlamaq şərtdir»

Seyid Cəfər Pişəvəri (1892 - 1947)
BÖHRAN  
Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir 11:47 | 6 iyun 2017 | Çərşənbə axşamı Məqaləyə 1311 dəfə baxılıb Şriftin ölçüsü Xəbərin şriftini kiçilt Xəbərin şriftini böyüt

Mosulda 100 min uşaq təhlükəli vəziyyətdədir

Şəhərdən qaçmaq istəyən insanlar çarpaz atəş altına düşür

MÖVZU İLƏ ƏLAQƏLİ

BMT-nin uşaq agentliyi Mosulda uşaqların durumu ilə bağlı xəbərdarlıq edib. UNICEF bildirib ki, ABŞ-ın dəstəyi ilə İraq hərbi qüvvələri və İraq-Şam İslam Dövləti (İŞİD) qrupu arasında döyüşlər şiddətləndikcə Moslun qərb hissəsində olan uşaqlar daha ciddi təhlükə qarşısında qalır.

Agentliyin bazar ertəsi günü açıqladığı bəyanatda mülki vətəndaşların durumu ilə bağlı həyəcan doğuran məlumatların verildiyi bildirilir. UNICEF-in İraq üzrə nümayəndəsi Piter Hokins uşaqlar da daxil olmaqla mülki vətəndaşların qətlə yetirildiyi, şəhərdən qaçmağa çalışan insanların tərəflərin çarpaz atəşi altına düşdüyü haqda məlumatların daxil olduğunu bildirib.

Piter Hokins həyatını itirən uşaqların sayı ilə bağlı spesifik məlumat verməyib.

Onun təxminlərinə görə, təxminən 100-ə yaxın qız və oğlan Mosulun İslam Dövləti qrupunun nəzarətində olan köhnə şəhər hissəsində və onun ətrafında olduqca təhlükəli bir şəraitdə yaşayır. Piter Hokins tərəflərə uşaqları müdafiə etmək və onları hər zaman təhlükədən uzaqlaşdırmaq barədə xəbərdarlıq edib.

İraq hərbi qüvvələri ABŞ-ın başçılığı ilə koalisiyanın dəstəyi ilə Mosulun İŞİD-dən azad edilməsi üçün hərbi əməliyyatlar aparır.

ABŞ-ın başçılığı ilə beynəlxalq koalisiya Mosulun azad edilməsi əməliyyatlarında İraq hərbi qüvvələrinə havadan və quruda dəstək göstərir.

İraqın ikinci ən böyük şəhəri olan Mosul 2014-cü ilin iyun ayında İŞİD-in nəzarətinə keçib.

İŞİD-in nəzarətində olan getdikcə kiçilən ərazilərdə mülki əhalinin vəziyyəti daha da ağırlaşır. İnsanlar ərzaq qıtlığı qarşısında zibilliklərdən tullantıları yemək məcburiyyəti qarşısında qalıb. Güclü bombardmanlar nəticəsində çox sayda insan həyatını itirib.