
Bayramdan sonrakı Türkiyə
Siyasətdə yeni oyun planı hazırlanır, Ərdoğan, Gül və Kılıçdaroğlu ...
Siyasətdə yeni oyun planı hazırlanır, Ərdoğan, Gül və Kılıçdaroğlu ...
AKP niyə məğlub oldu, yaxud İmamoğlu fenomeni və yeni CHP
Ərdoğandan AKP-dən istefa verən Babacanla bağlı ilginc açıqlamalar
Əli Babacan partiya yaradır, bəs Davudoğlu nə edəcək?
Türkiyədə AKP idarəçiliyi sona çatır, yoxsa...?
Bəs Binəli İldırım?
İstanbul seçkisindən sonra ilk isti şərhlər
“İmamoğlu Ərdoğanın bacara bilmədiyini edib”
Türkiyədəki bələdiyyə seçkiləri dünya mediasının gündəmində
AKP İmamoğlunun seçkidə qələbəsini həzm edə biləcəkmi?
İmamoğlu İstanbulu yenidən qazandı
İmamoğlu-İldırım debatında kim ziyanlı çıxdı
İldırım və İmamoğlunun savaş kimi debatı
Ərdoğan və Bahçeli niyə İstanbulda görünmür?
Türk seçici mağdur siyasətçiləri sevir
Yüksək Seçki Komissiyası İstanbul uğrunda çəkişməyə nöqtə qoymaq üçün toplanır
Türkiyə məhkəməsi müxalif CHP-dən millət vəkili Enis Bərbəroğlunu casusluq ittihamları ilə 25 il müddətinə azadlıqdan məhrum edib.
Bərbəroğlu ötən il bir sıra deputatların parlament toxunulmazlığı qaldırıldıqdan sonra məhkum edilən ilk CHP millət vəkilidir.
O Türkiyənin MİT kəşfiyyat təşkilatının Suriyaya silahla dolu maşınlar göndərdiyini iddia edən videonu müxalifət qəzetinə ötürdüyünə görə casusluqda ittiham olunub.
2015-ci ilin may ayında dünyəvi Cümhuriyyət qəzetində dərc edilmiş məqalədə iddia olunurdu ki, Türkiyə dövlət təhlükəsizlik xidmətinə aid yük maşınları Suriya sərhədində yoxlanarkən onların içindən böyük həcmdə silahlar çıxıb.
Hökumət silahların Suriyaya göndərildiyini danıb və iddia edib ki, maşınların yükü humanitar yardımdan ibarət imiş.
CHP sədrinin müavini Engin Altay deyib ki, bu məhkəmə hökmü hakim AKP-yə qarşı çıxanları qorxutmaq məqsədi güdür.
«Bu hökm müxalifətin təhdid edilməsi üçündür. Bu, AKP-dən narazı olanların hamısının təhdid edilməsi üçündür», - deyib Altay İstanbuldakı Çağlayan ədliyyə binasının qarşısında.
O bildirib ki, bu hökm Türkiyədə ədliyyənin hökumətin icra orqanlarının əmri altında olduğunu göstərir.
Cümhuriyyət qəzetindəki məqalədən sonra, 2015-ci ildə prezident Rəcəb Tayyib Ərdoğan yük maşınlarının Milli İstihbarat Təşkilatına (MİT) məxsus olduğunu etiraf etmişdi, lakin bildirmişdi ki, maşınlar Suriya prezidenti Əsədə və İŞİD-ə qarşı döyüşən türkmənlərə yardım aparırmış.
O qəzetin ovaxtkı baş redaktoru Can Dündar və Ankara bürosunun rəhbəri Erdem Gül də daxil Cümhuriyyət jurnalistlərini Türkiyənin beynəlxalq reputasiyasını ləkələməkdə ittiham etmiş və Dündarın «ağır bədəl ödəyəcəyi» barədə təhdid səsləndirmişdi.
Dündar və Gül ötən il bu işlə əlaqədar dövlət sirlərini yaymaq ittihamı ilə azı beş il müddətinə azadlıqdan məhrum edilmişdilər, lakin indi prokuror onlara əlavə olaraq 10 il də iş kəsilməsini istəyib.
İnsan haqları qrupları Türkiyədə azadlıqların üzərinə miqyaslı hücumlara görə prezidenti Ərdoğanı kəskin tənqid edir.
Türkiyədə dövlət çevrilişi cəhdindən indiyədək 50 min insan həbs edilib və daha 150 min nəfər saxlanıb.