Türkiyə film sənayesinə zərbə
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
12:12 | 24 iyun 2019 | Bazar ertəsi
Məqaləyə 2448 dəfə baxılıb
Şriftin ölçüsü
Məşhur serial istehsalçıları və menecerlik şirkətləri araşdırma altında
Ankara alyansın son zamanlardakı ən gərgin toplantısına ev sahibliyi etməyə hazırlaşır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Biri uşaq olmaqla 8 nəfər ölüb, 33 nəfər yaralanıb
Tokayev: “Türk Dövlətləri Təşkilatı hərbi ittifaqa çevrilməməlidir”
Minlərlə tələbə başqa ali məktəbə köçürülür
Ermənistandan vacib Türkiyə həmləsi
Super ulduz Türkiyə milli komandası üçün yeni marş bəstələyir?
Türkiyə ilə Ermənistan arasında birbaşa ticarətə start verilir
Suriya–İraq coğrafiyasında balans dəyişir, Türkiyə hərəkətə keçdi
İş adamı Aydın Çavuşoğlunun vəziyyəti ağırdır
Sumud donanmasına müdaxilə nəticəsində 18 türk vətəndaşı saxlanıldı
Ankara Yaxın Şərq sərmayələri uğrunda mübarizədə önə çıxmağa çalışır
“Qalatasaray” TFF ilə bütün münasibətləri kəsdi
“Gənclərbirliyi” – “Qalatasaray” matçının VAR hakimi yeni futbol termini yaratdı
İtki yoxdur
İstanbul seçki komissiyası bu şəhərdə dünən keçirilən təkrar bələdiyyə başqanı seçkilərinin rəsmi olmayan yekun nəticələrini açıqlayıb. Bu nəticələrə əsasən 9 milyona yaxın seçicinin səs verdiyi seçkilərdə CHP-İYİ partiya ittifaqının namizədi Əkrəm İmamoğlu 4 milyon 742 minə yaxın səs alıb. Onun əsas rəqibi Binəli Yıldırımdan 806 min 415 səs çox topladığı açıqlanıb. 178 minə yaxın səs etibarsız hesab edilib.
Əkrəm İmamoğlunun təkrar seçkilərdə AKP-MHP ittifaqının namizədini bu cür əzici üstünlüklə məğlub etməsi beynəlxalq mediada geniş rezonans yaradıb.
“ The New York Times” qəzeti bu hadisəni “Təkrar sekilərdə Türkiyə prezidentinin acınacaqlı məğlubiyyəti” başlığı ilə çatdırıb. Qəzet yazıb ki, Ərdoğan ötən bazar günü siyasi karyerasının ən ağır məğlubiyyəti ilə üzləşib. İstanbulda məğlub olmaqla Ərdoğanın imici və prestiji zərbə alıb, üstəlik bu seçkilər onun üçün “bəzi praktik nəticələr” doğura bilər.
“The Guardian” qəzeti də İstanbul seçkilərinin nəticələrinin “Ərdoğan üçün böyük zərbə” olduğunu qeyd edir. Qəzet yazır ki, seçicilər dini, sinfi və etnik fərqliliklər arasında körpü quran CHP kampaniyasını mənimsəyib.
“Bu, bir çoxlarının demokratiya sahəsində geriləmələrə görə qorxduğu ölkədə cığır açan qələbədir. İmamoğlunun martın 31-də cüzi fərqlə, sürpriz şəkildə əldə etdiyi qələbəni geri çevirmək üçün təkrarlanan seçkilər həm Türkiyənin demokratik təsisatları, həm Ərdoğanın siyasi gələcəyi üçün misli görünməmiş bir sınaq oldu”,-qəzet belə yazır.
CNN kanalının reportajında isə deyilir ki, İstanbul seçkiləri Ərdoğanın Türkiyədəki hakimiyyətində “sürüşmə meyllərini” ortaya çıxarıb. Əkrəm İmamoğlu dəyişiklik, ümid və yeni başlanğıc vəd edib, onun “Hər şey gözəl olacaq” şüarı Türkiyədə dillər əzbəri olub. Habelə İmamoğlunun qələbəsi Türkiyənin yorğun müxalifətini canlandırıb.
“Daily Mail” qəzeti isə İstanbul seçkiləri barədə geniş məqaləsində İmamoğlunun əzici qələbəsinin “Ərdoğana zərbə” olduğunu qeyd edib. BBC isə öz reportajında qeyd edir ki, seçkinin nəticələri AKP-də ciddi parçalanmalara səbəb ola bilər. “Prezident Ərdoğan karyerasının ən ağır məğlubiyyəti ilə üzləşib. Nəticələr göstərir ki, o seçkilərin yenilənməsinə çağırmaqla böyük səhvə yol verib”,-reportajda bildirilir.
İmamoğlunun qələbəsini dünən bütün gecə boyu onun tərəfdarları həm İstanbulda, həm ölkənin digər şəhərlərində izdihamlı mitinqlərlə, yürüşlərlə qeyd ediblər. İmamoğlu nəticələrin məlum olmasından sonra CHP-nin Seyrantəpə rayonundakı seçki koordinasiya mərkəzindəki çıxışının ardınca Beylikdüzü rayonuna gedib. Orada onu yüz minlərlə tərəfdarı qarşılayıb. İmamoğlu izdiham qarşısında çıxışı zamanı İstanbulda demokratiyanın qalib gəldiyini bildirib.
O, seçki kampaniyası dövründə AKP və MHP-nin barəsində irəli sürdüyü “İmamoğlu FETÖ-nun projesidir” ittihamlarına eyhamla deyib. “Mən bir projeyəm. Mən Türkiyə cümhuriyyətinin, Atatürk cümhuriyyətinin projesiyəm. Hamınıza söz verirəm, uşaqların, gənclərin Əkrəm abisi olmağa gəlirəm. Sizlər bu şəhərdə demokratiyanı bərpa etdiniz”, - o deyib.