Nüvə arsenalına 119 milyard xərclənib
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
11:36 | 20 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 1503 dəfə baxılıb
Şriftin ölçüsü
“Bir günlük vəsait iki milyon insanı aclıqdan xilas edərdi”
Pentaqon üç nəhəng Çin şirkətini qadağa olunanlara əlavə etdi
Ekipaj xilas edildi
Məhkəmə Trampın 100 min dollarlıq rüsum qərarını ləğv etdi
Trampdan Netanyahuya xəbərdarlıq
Trampdan İsrail və İrana çağırış
İran-İsrail qarşıdurmasından sonra neft kəskin bahalaşdı
Amma Yaxın Şərqdəki gərginlik qiymətləri hələ də 100 dollar civarında saxlayır
ABŞ Prezidenti Ankaradakı NATO sammitində iştirak edəcək
Küveyt iranlı diplomatları ölkədən qovdu, Hörmüzdə qarşılıqlı atəş
“Brent” 100 dollara yaxınlaşdı
Qarşılıqlı hücumlar bölgədə gərginliyi artırdı
Oman körfəzində gərginlik
Vaşinqton mümkün hərbi ssenariləri müzakirə edir
Pekin Vaşinqtonun mümkün nüvə zərbəsinə qarşı səhrada böyük bunkerlər tikir
ABŞ–İran razılaşması xəbərləri bazara təsir göstərdi
Amerika Birləşmiş Ştatları Şimali Üçbucaq ölkələri kimi tanınan El Salvador, Qvatemala və Hondurası qeyri-qanuni immiqrasiya, narkotik qaçaqçılığı və korrupsiyanın qarşısını almaq üçün Vaşinqtonla əməkdaşlıq edərək daha çox tədbir görməyə çağırır.
Hər il dünyada ən çox korrupsiya və zorakılıq hallarının baş verdiyi Şimali Üçbucaq ölkələrindən yüzminlərlə insan qaçır.
Adətən onlar ya sığınacaq ya da qanunsuz mühacirət yolu ilə Birləşmiş Ştatlara gəlir.
Həmin ölkələrdə baş verənlər ABŞ-ın təhlükəsizliyi və iqtisadi maraqlarına birbaşa təsir göstərir.
Bu səbəbdən də bu həftə Mərkəzi Amerika ölkələrinin liderləri və yüksək səviyyəli rəsmiləri Mayamidə bir araya gəlib. Orada onlar həm təhlükəsizliyin, həm də regiona investisiyanın artırılmasının vacibliyini müzakirə ediblər.
«Mərkəzi Amerika yoxsulluq və zorakılıqdan qaçan bir çox miqrant üçün yolun başladığı yerdir. Orada onlar ölüm tacirləri ilə üzləşir», deyə ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib.
Vaşinqton isə narkotik qaçaqçılığı, qanqsterlər və qeyri-qanuni miqrasiyaya qarşı sərt ton sərgiləyir.
«İqtisadi firavanlığı artırmaq üçün biz birlikdə formal iqtisadiyyatı gücləndirməliyik və qeyri-qanuni immiqrasiyaya və digər qanunsuz əməllərə gətirib çıxaran iqtisadi səbəbləri aradan qaldırmalıyıq», ABŞ dövlət katibi Reks Tillerson deyib.
Konfransın keçirildiyi məkanın qarşısında isə etirazçılar fərqli mesaj səsləndirib. Onlar məcburi deportasiyaya qarşı çıxır, ölkədə daha çox müxtəliflikdən yanadır və prezident Donald Trampın administrasiyasını Mərkəzi Amerikadakı humanitar böhranın əsas səbəblərini aradan qaldırmaq üçün addımlar atmağa çağırır.
Ekspertlər deyir ki, Vaşinqtonun Mərkəzi Amerikaya göndərdiyi pulların düzgün xərcləndiyindən əmin olması üçün şəffaflıq olmalıdır.
«Biz əmin olmalıyıq ki, bizim həmin proqramlar üçün ayırdığımız pullar həqiqətən də dəyişikliyə gətirib çıxaracaq və beləcə biz üzərimizə regionla bağlı daha uzunmüddətli və davamlı öhdəçilik alacağıq», Atlantik Şuradan Ceyson Markzak deyib.
Mərkəzi Amerikanın yüksək səviyyəli rəsmiləri deyir ki, onlar Vaşinqtonun transmilli cinayətlər və qeyri-qanuni immiqrasiyaya son qoyması üçün təcili addımların atılmasına dair bu narahatlığını anlayır.