ABŞ-ın yenilməz armadası
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
19:13 | 20 iyun 2017 | Çərşənbə axşamı
Məqaləyə 617 dəfə baxılıb
Şriftin ölçüsü
Yalnız Çin tempini azaltmasa 25-30 ilə ona çata bilər
Narkotik daşıdığı iddia edilən 11 nəfər öldürüldü
Ölkənin küçələr zibil yığınları ilə dolub
Ümumi rəqəmlərə baxıldıqda Vaşinqtonun üstünlüyü hələ də qalır
Tramp ABŞ-ın böyük başağrısını yox etməyə yaxındır
... Padşahı yatağında oğurlanan neft ölkəsinin hekayəti
... Və ya klanların “taxt oyunları”
Venesuela prezidentinin verdiyi bəyanatlar və atdığı addımlar yalnız görüntü olub
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Ötən həftə Şimali Koreya tərəfindən koma vəziyyətində Amerikaya gətirilən amerikalı universitet tələbəsi Otto Varmbier bazar ertəsi Ohayodakı xəstəxanada dünyasını dəyişib. Varmier Şimali Koreyaya səfəri zamanı propaqanda plakatını oğurlamaqda ittiham olunaraq 17 ay Pxenyanda saxlanılıb. 2016-cı ilin qış aylarında Varmbierin həbsi ilə bağılı xəbərlər çıxanda Ohayoda yaxınlıqda yaşayan bir başqa amerikalı hadisələrin gedişatını yaxından izləyirdi. O da, bir zamanlar Şimali Koreyada həbs edilib. Amerikanın Səsinin növbəti reportajı Şimali Koreyada tutulmuş iki amerikalıların fərqli sonluqlarından bəhs edir.
Ceffri Foul Otto Varbmierlə birləşdirən təkcə onların eyni ştatda dünyaya gəlmələri deyil.
«Mən bir başqasının həmin sistem tərəfindən saxlanıldığını eşidəndə çox təəccübləndim», deyə Foul bildirir.
Onun sistem adlamdırdığı Şimali Koreyadır. Foul 2014-cü ildə kommunist ölkənin icazəsi ilə təşkil olunan turda iştirak edib. Varmbier də 2016-cı ildə həmin tura qoşulub.
«Şimali koreyalılar Çində fəaliyyət göstərən tur agentlikləri vasitəsilə amerikalıları Şimali Koreyaya səfər etməyə cəlb edir. Bu tur agentlikləti internetdə Şimali Koreyada heç bir amerikalının həbs edilmədiyini, oranın təhlükəsiz yer olduğunu iddia edən reklamlar yerləşdirir», Otto Varmbierin atası Fred Varmbier bildirir.
Bu reklamlara və daha öncə orada amerikalıların həbs olunmasına baxmayaraq, Foul heç nədən narahat deyildi.
«Mən qeyri-adi yerləri ziyarət etməyi sevirəm», Foul deyir.
Bu dəfəki qeyri-adi yer Şimali Koreyanın şimalında yerləşən liman şəhəri Çonqjin idi. Orada o, hökümətin xoşuna gəlməyəcəyini bilə-bilə gecə klubunun ayaqyolunda incil qoyub.
Ceffri Foul: «İsa peyğəmbər «dünyanın hər bir yerinə incil aparın» deyirdi. Mən də öz öhdəmə düşəni etdim və dünyanın kiçik bir yerinə incil apardım».
Varmier kimi Foul da ölkədən çıxanda hava limanında saxlanılıb. İlk öncə onu oteldə, daha sonra isə şimali-koreyalı «qonaq evində» saxlayıblar. Orada o, hər şeydən təcrid olunsa da, ona qarşı pis davranmayıblar, rəsmilər isə onu incillə bağlı sorğu-sual edib.
«Zehni və emosional baxımdan gərgin idim. Amma mənə qarşı fiziki şiddət tətbiq olunmurdu», deyə Foul bildirir.
Foul deyir ki, onun media qarşısında çıxışları qurama idi.
«Hər şeyə sıx nəzarət olunurdu, mənə nə deyəcəyimi öncədən söyləyirdilər», o deyir.
İsveç Şimali Koreya höküməti ilə danışıqlar apararaq 2014-cü ilin oktyabrdında Foulun sərbəst buraxılmasına nail oldu.
Foul: «Məndən «imkanın olsa həmin hadisəni həyatından silərdinmi deyə soruşurlar», mənsə, xeyr bunu etməzdim deyirəm».
Lakin Otto Varmbierin Şimali Koreyada həsbdə ikən ağır beyin travması alması nəticəsində dünyasını dəyişməsindən sonra, Foul deyir ki, amerikalılar Şimali Koreyaya getməkdən ehtiyyat etməlidirlər.
«Hazırkı siyasi mühitdə bunu etməzdim. Təkrar-təkrar bildirmək istərdim ki, hazırda bunu heç kəsə tövsiyyə etməzdim», Foul deyir.
Foul Varmbierin ailəsindən 80 kilometr uzaqlıqda yaşayır. Onlar görüşməsələr də, Foul Varmbier ailəsi və Şimali Koreyada hələ də həbsdə olan digər üç amerikalı üçün dua edir.