Trampın oğlu nişanlandı
ABŞ prezidenti bankirlə quda olur
20:15 | 22 iyun 2017 | Cümə axşamı
Məqaləyə 1221 dəfə baxılıb
Şriftin ölçüsü
ABŞ prezidenti bankirlə quda olur
Alim araşdırmasında təhlükəli nəticələr əldə etdi
Dövlət Departamentindən Venesuela diktatoruna zərbə
... Əslində Ukraynanın suverenliyinə və Avropanın isə təhlükəsizliyinə strateji təhdiddir
Birliyə üzv üç ölkənin Cənubi Amerika sahillərində adaları var
Harvard məzunu Dmitriyevin adı seçkilərə müdaxilə hesabatında da keçir
“Moody’s” reytinqi endirdi
Tramp: “Rusiya sahilləri yaxınlığında bizim dünyada ən güclü atom sualtı qayıq var”
Əks halda ABŞ Rusiyanı “terrorun təşkilatçısı olan dövlət” elan edəcək
Medvedev: “Tramp ağlını itirmiş Avropa ilə tam həmrəydir”
Avropadan Trampa sitəm: “Putinin nazıyla çox oynayırsan ha, ...”
“Risk qeyri-adi dərəcədə yüksəkdir”
Tramp Putinə əzazil sifətini göstərməyə başladı
... Ukrayna 2000 km aralıdakı zavodu vurdu
ABŞ Rusiyanın neft şirkətlərinə yeni sanksiyalar tətbiq etdi
Zelenski: “Lazımi sayda “Patriot” raketlərini təmin etmək üçün ABŞ ilə birgə çalışırıq”
«The İndependent» qəzetinin yazdığına görə, belə görünür ki, Donald Trampın Birləşmiş Krallığa dövlət səfəri kraliça 2-ci Elizabet tərəfindən ləğv edilib. Belə düşünməyə əsas verən budur ki, bu səfər barədə əlahəzrətin çərşənbə günü parlamentdə etdiyi ənənəvi çıxışında heç nə deyilməyib.
Məqalədə deyilir ki, prezident Donald Trampla bu ilin əvvəllərində Ağ Evin həyətində «əl-ələ şəkil çəkdirmiş» baş nazir Tereza Mey (Theresa May) ABŞ prezidentini Böyük Britaniyaya rəsmi dövlət səfərinə dəvət etmişdi. Lakin belə bir səfərin genişmiqyaslı etiraz aksiyalarına səbəb olacağı barədə ehtiyatlanmalar vardı.
İstər «Downing Street», istərsə də Ağ Ev səfərin sual altında olduğu barədə iddiaları rədd ediblər.
Buna baxmayaraq, Donald Tramp bir sıra hərəkətlərinə görə Britaniyanın siyasi dairələrində və ictimaiyyət arasında kəskin tənqid edilir.
«The İndependent» yazır ki, bir qayda olaraq monarxın parlamentdəki nitqində bütün gözlənilən dövlət səfərləri sadalanır. Lakin bu çıxışında 2-ci Elizabet bu il iyul ayında yalnız İspaniyanın kralı və kraliçası Felipe və Letizianı qonaqlayacağını elan edib.
Xanım May yanvar ayında Vaşinqtona səfər edəndə Trampla yaxın münasibətlər qurulacağına ümid edirdi, çünki ABŞ prezidenti Britaniyanın Avropa İttifaqından ayrılmaq qərarını alqışlamışdı. Tramp habelə Britaniya ilə erkən ticarət sazişi bağlanacağını vəd etmişdi.
Lakin Tereza Meyin Donald Trampı onun inaqurasiyasından ikicə həftə sonra Britaniyaya dəvət etməsi Birləşmiş Krallıqda siyasi dairələrdə narazılığa səbəb olmuşdu.
Bundan əvvəlki ABŞ prezidentləri Britaniyaya dövlət səfərlərini yalnız ikinci müddətlərində ediblər.
Trampın Britaniyaya mümkün dövlət səfəri ilə əlaqədar Birləşmiş Krallıqda bir neçə etiraz petisiyaları imzalanıb və bu məsələyə Britaniya parlamentində baxılıb.
Müzakirələr zamanı qeyd edilib ki, Trampın səfəri barədə xəbərlər getdikcə daha geniş tənqidlərə səbəb olur və Britaniya boyunca nəhəng etiraz aksiyalarına səbəb ola bilər.
«The İndependent» yazır ki, cənab Tramp London meri Sadiq Xanı (Sadiq Khan) tənqid etdikdən sonra Britaniyada ABŞ prezidentinə münasibət daha da pisləşib.
Tramp Sadiq Xanı London Körpüsü (London Bridge) terror aktından sonra adamları narahat olmamağa çağırdığına görə tənqid etmişdi.
Xanın ofisi isə bunun cavabında bildirmişdi ki, London meri sakinləri sakitliyə çağırmaqla heç bir yanlış iş tutmayıb.
Ağ Ev Trampın gözlənilən genişmiqyaslı etiraz aksiyalarına görə Tereza Meyə Britaniyaya gəlmək istəmədiyini deməsi barədə xəbərləri də təkzib edib.
Britaniya hökuməti isə bəyan edib ki, xanım Meyin Trampı kraliçanın adından ölkəyə dəvət etməsi qüvvəsində qalır.