
Hərbi Hava Qüvvələrində nəhəng yenilənmə
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Müdafiə Nazirliyi müasir kəşfiyyat və döyüş təyyarələri ilə maraqlanır
Qarşı tərəfdən mütləq cavab olacaq
XTQ-nin təlimlərində 2 vacib məqam – general Bəxtiyar Ersay və “Kargu”
Xüsusi təyinatlılar şərti düşmən məhv edir
Cənubda Hikmət Mirzəyevin rəhbərliyi ilə XTQ-nin təlimi başladı
“Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib”
Azərbaycan Müdafiə Nazirliyidən Rusiyaya sərt cavab
Rusiya Azərbaycanı Qərblə üz-üzə qoymağa çalışır
Separatçıların arzuları boğazlarında qaldı
“Halqa” əməliyyatının ikinci mərhələsinə start verilib?
Birlik komandirlərinin videogörüntü ilə bağlandığı müşavirədə Zakir Həsənov göstəriş verdi
“Azərbaycan təmas xətti boyu təpələr tikir, ...”
Azərbaycan ordusu artıq Qərb raketləri ilə silahlanacaq
Müdafiə Nazirliyindən Ermənistana xəbərdarlıq
Azərbaycanın erməniləri qorxuya salan qanadlı raketi barədə xəbər var
Azərbaycan ordusu torpaqları azad etmək üçün hücuma keçir
Ötən gün iyunun 22-də «Paris Airshow» sərgisində İsrailin «Rafael» şirkəti «Spike» taktiki raketlərinin yeni versiyasını ilk dəfə nümayiş etdirib. Virtualaz.org «The Jerusalem Post»a istinadən xəbər verir ki, «Spike LR II» və ya «Spike 2» adlanan yeni raket qurudan buraxılanda 5.5 kilometr, qırıcı təyyarələrdən buraxılanda isə 10 kilometr uçuş məsafəsinə malikdir. Raket İsraildə uğurla sınaqdan keçirilib. Qəzet bildirir ki, «Spike LR II» artıq Azərbaycan-Ermənistan münaqişəsində tətbiq olunur.
12.7 kq ağırlığında olan raket istənilən «Spike» buraxılış qurğusundan buraxıla bilər. Yeni raket süni intellekt imkanlarına, zirehli döyüş maşınlarının aktiv və reaktiv müdafiə sistemlərinə reaksiya vermək, binaları və möhkəmləndirilmiş atəş nöqtlərini məhv etmək qabiliyyətinə malikdir.
«Yeni raket müasir döyüş meydanından gələn çağırışlara cavabı təmin edir və bu silahın inkişafı «Rafael» şirkətinin müxtəlif tipli raketlər üzərində geniş təcrübəsinin, onun qabaqcıl mühəndis təcrübəsinin və İsrail Müdafiə Qüvvələri, habelə xarici ordularla əməkdaşlığının nəticəsidir» «Rafael» şirkətinin icraçı vitse-prezidenti və yerüstü, dəniz sistemləri bölməsinin rəhbəri Moşe Yelazar bildirib.
«The Jerusalem Post» bildirir ki, bu yeni raketin döyüş tətbiqi ilk dəfə bir neçə həftə əvvəl Azərbaycan-Ermənistan münaqişəsində istifadə olunub. Azərbaycanın quru qoşunlarının buraxdığı «Spike LR II» raketi Ermənistanın «OSA» zenit-raket kompleksini məhv edib. «Məlumatlara görə «Hizbullah» da bu tip zenit batareyalarına malikdir», - qəzet qeyd edir.
İsrail nəşri Azərbaycan ordusunun «Spike» raketi ilə Ermənistanın «Osa» raketini necə vurduğuna dair görüntüləri də öz saytında yerləşdirib.
Xatırladaq ki, Azərbaycan İsrail hərbi sənayesinin istehsalı olan ən yeni silah nümunələrinin alıcısıdır. Ötən ilin aprelində Azərbaycan ordusu İsraildən alınan «Harop» pilotsuz döyüş aparatının ilk döyüş tətbiqini həyata keçirmişdi.