
Tik-Tokun taleyi həll olunur
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
ABŞ və Çin nümayəndə heyətləri danışıqlar üçün Madriddə bir araya gəlib
35 milyardlıq azalma var
ABŞ prezidenti Avropa Birliyinə etdiyi şərti “Böyük Yeddilik”dən də istədi
İllik əsas inflyasiya isə 3,1% təşkil edib
Lutnik: “Yeni Dehli ilə ticarət anlaşması Rusiyadan neft ticarətinə bağlıdır”
ABŞ-da işsizlik müavinətinə müraciətlər dörd ilin pik həddinə çatdı
NATO ölkələri yeni dəniz hədəflərini məhvetmə silahını sınaqdan keçirdi
ABŞ və AB enerji sanksiyaları ilə Rusiyanı hədəf aldı
Çin və ABŞ-ın xarici işlər və müdafiə nazirləri iki ölkə münasibətlərini müzakirə edib
“AIM-120C-8” NATO ölkəsinin hücum qabiliyyətini artıracaq
Çin və digər Asiya ölkələrindən gələn avtomobillərə vergi artımı olacaq
Əmək Nazirliyində məlumat toplama prosesi ilə bağlı şübhələr yaranıb
ABŞ-dan gizli cihaz xəbərdarlığı
Polşada Rusiya PUA böhranına Trampdan reaksiya
Əgər Qərb addımlarını sərtləşdirməsə, ...
“Putinə təzyiq etmək üçün Hindistan və Çinə 100% gömrük vergisi tətbiq edin”
Ötən ay ABŞ-da iş yerlərinin sayı artıb. İşə götürənlər əmək bazarına 222 min yeni iş yeri əlavə edib. Buna baxmayaraq isə, işsizlik səviyyəsi bir az artıb, çünki daha çox amerikalı iş axtarmağa başlayıb. Bəzi iqtisadçılar bunun müsbət hal olduğunu, ən böyük çətinliyin isə əmək haqqını artırmaq olduğunu deyir.
Bəzi iqtisadçılar deyir ki, ABŞ iqtisadiyyatı ən əlverişli nöqtəsindədir.
«Sözün açığı, məncə, ABŞ iqtisadiyyatı hazırda bir az darıxdırıcıdır. Amma bu, mənfi hal deyil», deyə bankrate.com-dan Mark Hamrik bildirir.
Əmək haqları iqtisadi tənəzzüldən bəri demək olar artmayıb. Bunun bir səbəbi də bəzi işlərə tələbin digərlərindən daha yüksək olmasıdır ki, bu da, IHS Markit-in baş iqtisadçısı Nəriman Behraveşin sözləri isə desək, «iki-pilləli iş bazarına» gətirib çıxarır.
«Bu o deməkdir ki, yüksək ixtisaslı işçilərin maaşları 4-5 faiz artır, aşağı ixtisaslıların maaşları isə heç artmır. Yəni əmək bazarında belə bir bərabərsizlik yaranıb», deyə o bildirir.
İşsizlik səviyyəsinin tarixi baxımdan ən aşağı səviyyədə, yəni 4.4 faiz olmasına baxmayaraq, son bir ildə orta əmək haqqı təkcə 2,5 faiz artıb. Bu da 9 milyon insanın işlərini itirmələrinə səbəb olan Böyük Tənəzzülün uzunsürən təsirlərindəndir.
«İşsizlik səviyyəsi azaldığı üçün, bu insanlar əmək bazarına daxil olacaq. Bu isə maaşlara mənfi təsir göstərəcək, çünki bundan sonra onlar işləri olan insanlarla yarışacaq», Behraşev deyir.
Yaxşı xəbər isə odur ki, işsizlik səviyyəsinin bir az daha azalaraq, dörd faizə düşəcəyi gözlənilir.
«Biz tam işsizlik deyəndə işsizlik səviyyəsinin azala bilməyəcəyi bir nöqtəni nəzərdə tuturuq. Əgər biz bir sıra müxtəlif ölçülərə nəzər salsaq, daha da yaxşılaşdırıla biləcəyimiz bir çox sahənin olduğunu görə bilərik», Mark Hamrik söyləyir.
Mümkün problemərdən biri də odur ki, hazırda yarım-ştat işləyən, amma tam-ştat işləmək istəyən 5,3 milyon işçi var. Bir başqa çətinlik bir çox işə götürənin daha yüksək bacarıqlar tələb etməsidir. Bir digəri isə bizim getdikcə daha çox avtomatikadan asılı olmağımızdır kİ, «PwC» (PricewaterhouseCoopers) araşdırma şirkəti bunun gələn 15 ildə ABŞ-da iş yerlərinin sayının 40 faiz azalmasına səbəb ola biləcəyini bildirir.